ABŞ administrasiyasında İran məsələsində parçalanma - Trampa fərqli təkliflər verilir
Bizi izləyin

ABŞ

ABŞ administrasiyasında İran məsələsində parçalanma - Trampa fərqli təkliflər verilir

ABŞ administrasiyasında İran məsələsində parçalanma - Trampa fərqli təkliflər verilir

ABŞ administrasiyasında İranla bağlı növbəti addımlar məsələsində fikir ayrılıqları dərinləşib.

Publika.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, administrasiyanın bir qrup rəsmisi Prezident Donald Trampı İrana yeni zərbələr endirməyə, daha sonra isə sülh danışıqlarına yönəlməyə çağırır. Digər rəsmilər isə hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır.

Qeyd edək ki, Tramp noyabrın 4-də İranla müharibəni istənilən vaxt bitirə biləcəyini, lakin bunun düzgün şəkildə həyata keçirilməsinin vacibliyini bildirib. O, respublikaçıların aralıq seçkilərdə zəif nəticə göstərməsinin səbəbləri arasında İranla müharibəni və yanacağın bahalaşmasını da göstərib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm