Rusiya və İsrailə pis, İrana yaxşı xəbər: Seçkiləri qazanan Demokratların planı bəlli oldu
Bizi izləyin

ABŞ

Rusiya və İsrailə pis, İrana yaxşı xəbər: Seçkiləri qazanan Demokratların planı bəlli oldu

Rusiya və İsrailə pis, İrana yaxşı xəbər: Seçkiləri qazanan Demokratların planı bəlli oldu

ABŞ-da ara seçkilərdə qalib gələn Demokrat Partiyası Ukraynaya təchizatı bərpa etməyi və Rusiyaya qarşı yeni sanksiyalar hazırlamağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Agentlik mənbələrə istinadən bildirir ki, yanvar ayında hər iki palatanın nəzarəti dəyişəcəyindən, Demokratlar hansı məsələlərin səsverməyə çıxarılacağına və nə vaxt çıxarılacağına özləri qərar verə biləcəklər.

Bu, onlara Ukraynaya yeni yardımı təsdiqləməyə imkan verə bilər.

“Demokratlar Kiyevə yardımın prioritet olduğunu bildiriblər", - deyə agentlik mənbələrə istinadən bildirir.

Bundan əlavə, Demokratların ABŞ xarici siyasətinin digər dörd sahəsini kəskin şəkildə dəyişdirməyi planlaşdırdıqları bildirilir. Onlar İsrailə hərbi yardımı tamamilə dayandırmağı, hərbi xərcləri məhdudlaşdırmağı, Latın Amerikası siyasəti üzərində nəzarəti bərqərar etməyi və İran münaqişəsinə son qoymağı planlaşdırırlar.

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm