Demokratlar Trampın planlarını alt-üst edə bilər: 5 istiqamətdə dəyişiklik gözlənilir
Bizi izləyin

ABŞ

Demokratlar Trampın planlarını alt-üst edə bilər: 5 istiqamətdə dəyişiklik gözlənilir

Demokratlar Trampın planlarını alt-üst edə bilər: 5 istiqamətdə dəyişiklik gözlənilir

ABŞ-da aralıq seçkilərdən sonra demokratların Konqresin hər iki palatasına nəzarəti ələ keçirməsi Donald Tramp administrasiyasının xarici siyasətində ciddi dəyişikliklərə yol aça bilər. Demokratlar beş əsas istiqamətdə Trampın fəaliyyətini məhdudlaşdırmağı planlaşdırır.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Bildirilib ki, demokratlar hərbi əməliyyatlar və müdafiə xərcləri ilə bağlı Tramp administrasiyasının səlahiyyətlərini azaltmağa çalışacaqlar.

Gözlənilən dəyişikliklərdən biri İrana qarşı əməliyyatın məhdudlaşdırılmasıdır. Demokratlar müdafiə xərclərini azalda və ya bəzi təyinatların qarşısını ala bilərlər. Bununla da Tramp hərbi əməliyyatları davam etdirmək üçün Konqresin razılığını almağa məcbur qala bilər.

Digər istiqamət Ukraynaya dəstəyin artırılmasıdır. Demokratlar, həmçinin İsrailə hərbi yardımı məhdudlaşdıra və ya tamamilə dayandıra bilərlər.

Bundan başqa, onlar büdcə imkanlarından istifadə edərək hərbi xərcləri azaltmaq və Tramp administrasiyasının blokladığı xarici yardımları bərpa etmək niyyətindədirlər.

Beşinci istiqamət Latın Amerikasında ABŞ siyasətinə nəzarətin gücləndirilməsidir. Bu çərçivədə Vaşinqtonun Venesueladakı addımları və Kubaya qarşı sanksiyalar da diqqət mərkəzində olacaq.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm