Heqset impiçment təhdidinə cavab verdi - “Günah keçisi”nə çevrilə bilər
Bizi izləyin

ABŞ

Heqset impiçment təhdidinə cavab verdi - “Günah keçisi”nə çevrilə bilər

Heqset impiçment təhdidinə cavab verdi - “Günah keçisi”nə çevrilə bilər

Pentaqonun rəhbəri Pit Heqset konqresmenlərin ona qarşı impiçment elan edə bilməyəcəyinə əmin olduğunu bildirib.

Publika.az xəbər verir ki, o, bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

Onun sözlərinə görə, qəzəbli və məğlubiyyətə uğramış konqresmen demokrat müttəfiqləri ilə birlikdə ona qarşı saxta impiçment maddələri irəli sürüb. Onlar ABŞ Prezidenti Donald Trampa qarşı da artıq iki dəfə eyni addımı atıblar.

Heqset xatırladıb ki, həmin hallarda bu cəhdlər Ağ Evin rəhbərinə qarşı nəticə verməyib və deməli, ona qarşı da nəticə verməyəcək.

Bundan əvvəl Tramp Heqsetin fəaliyyəti ilə bağlı şikayətlərin daxil olmasına baxmayaraq, onun Pentaqonun rəhbəri vəzifəsində qalacağını bəyan edib.

CNN telekanalının məlumatına görə, Trampın dəstəyinə baxmayaraq, Pit Heqset Konqresə aralıq seçkilərində Respublikaçılar Partiyasının məğlubiyyətinə görə “günah keçisi”nə çevrilə bilər. Nümayəndələr Palatası artıq gələn həftə Pentaqon rəhbərinin impiçmenti ilə bağlı səsvermə keçirə bilər.

Respublikaçıların fikrincə, məhz Heqset Trampı İrana qarşı müharibəyə başlamağa inandırıb, lakin əvvəlcədən müharibədən çıxış strategiyasını düşünüb hazırlamayıb və qaçılmaz siyasi nəticələrin aradan qaldırılması üçün plan tərtib etməyib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm