Rubio mümkün istefası barədə danışdı
Bizi izləyin

ABŞ

Rubio mümkün istefası barədə danışdı

Rubio mümkün istefası barədə danışdı

ABŞ-nin dövlət katibi və milli təhlükəsizlik məsələləri üzrə prezidentin köməkçisi Marko Rubio növbəti prezident seçkilərində iştirak etməyə hazırlaşmaq məqsədilə vəzifəsindən istefa verə biləcəyi barədə KİV-də yayılan məlumatları təkzib edib.

Publika.az xəbər verir ki, o, bu barədə "The New York Times" qəzetinə müsahibəsində danışıb.

Dövlət katibinin sözlərinə görə, onun planı ABŞ Prezidenti Donald Trampın səlahiyyət müddəti başa çatana qədər onun administrasiyasında işləmək olub.

Rubio işini sevdiyini vurğulayıb.

Dövlət katibi bildirib ki, kiminsə onun vəzifəsindən ayrılacağını iddia etməsi həmişə ona gülməli gəlir.

O əlavə edib ki, guya istefa vermək planlarının olması barədə məlumatların mediaya haradan sızdığını bilmir.

Bundan əvvəl Britaniyanın "The Independent" qəzeti mənbələrinə istinadla Rubionun 2028-ci il prezident seçkilərində iştirak etməyə hazırlaşmaq üçün istefa verə biləcəyi barədə məlumat yayıb.

Qeyd olunub ki, Rubionun prezident Donald Tramp administrasiyasının siyasətindən, o cümlədən İrana qarşı hərbi əməliyyatdan məsafələnməsi zəruridir. Nəşrin ehtimalına görə, belə bir addım nazirin ABŞ-nin vitse-prezidenti Cey Di Venslə prezidentliyə namizədlik uğrunda mübarizədə şanslarını artıra bilər.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm