ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var
Bizi izləyin

ABŞ

ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var

ABŞ-ın varlı şəhərində dəhşətli hadisələr: Ölənlər arasında türklər də var

ABŞ-ın Kaliforniya ştatında yerləşən, ölkənin ən varlı sahil bölgələrindən biri hesab olunan Santa-Monika şəhərində bir neçə ailə faciəsi baş verib. Fevral ayından bəri şəhərdə üç evli cütlük evlərində ölü tapılıb.

Publika.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.

Faciələrdən ikisi sentyabr və oktyabr aylarında, üç həftədən az fasilə ilə baş verib. Qeyd olunur ki, 2020-2025-ci illərdə Santa-Monikada bu cür hadisələrin heç biri qeydə alınmayıb.

Ölənlər arasında qeyri-kommersiya təşkilatı “Downtown Santa Monica”nın əməliyyat direktoru, 53 yaşlı Ceremi Ferqyuson və onun 49 yaşlı həyat yoldaşı Mendi Zelinka da var.

İyul ayında 45 yaşlı Gül Ərdoğan və 43 yaşlı Aytaç Kamdeviren də faciəvi şəkildə həyatlarını itiriblər. Sentyabrda isə 48 yaşlı Hendrik Rabitş və 47 yaşlı həyat yoldaşı Nikol mənzillərində ölü tapılıblar.

“Daily Mail”ə danışan məhkəmə psixoloqları baş verənləri imkanlı və karyera yönümlü insanların üzləşdiyi, lakin cəmiyyətdən gizlətdiyi psixoloji problemlərlə əlaqələndiriblər.

Psixoloq Con De La Torre iqtisadi çətinliklərin zorakılığa səbəb ola biləcəyini bildirib. Beverli-Hillzdə çalışan doktor Kerol Liberman isə mənzil qiymətlərinin artması, evsizlik və biznes obyektlərinin bağlanmasının cəmiyyətdə gərginliyi artırdığını qeyd edib.

Libermanın sözlərinə görə, ailədaxili zorakılıq getdikcə daha geniş yayılır və insanlar daxili narazılıqlarını yaxınlarından çıxırlar.

Qeyd edək ki, nəşrin məlumatında üç cütlüyün ölüm hallarının konkret səbəbləri açıqlanmır.

Akqabay

Oxumağa davam et
Reklam
Reklam

Gündəm