Tramp Ağ Evdəki iki otaqla bağlı qərar verdi: Axmaqlar bura toxuna bilməyəcək
Bizi izləyin

ABŞ

Tramp Ağ Evdəki iki otaqla bağlı qərar verdi: Axmaqlar bura toxuna bilməyəcək

Tramp Ağ Evdəki iki otaqla bağlı qərar verdi: Axmaqlar bura toxuna bilməyəcək

ABŞ prezidenti Donald Tramp Ağ Evdəki Oval Ofisi və Nazirlər Kabinetinin iclas otağını “milli abidə” elan edən bəyannamə imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

Bildirilib ki, Tramp qərarını həmin ofisdə mühüm qələbələr əldə etmələri ilə əsaslandırıb.

“Bu ofisdə inanılmaz qələbələrimiz olub. Buna görə də buranı milli abidə elan edirik ki, axmaq insanlar bura toxuna, onu dağıda və məhv edə bilməsinlər”, - deyə ABŞ prezidenti qeyd edib.

Bəyannamə Konqres tərəfindən də təsdiqlənərsə, gələcəkdə Oval Ofis və Nazirlər Kabinetinin iclas otağında dəyişiklik etmək istəyən ABŞ prezidentləri Konqresin razılığını almalı olacaqlar.

Müəllif: Roza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm