Tramp ən yaxın məsləhətçilərindən birini Ağ Evin Aparat rəhbəri təyin etdi
Bizi izləyin

ABŞ

Tramp ən yaxın məsləhətçilərindən birini Ağ Evin Aparat rəhbəri təyin etdi

Tramp ən yaxın məsləhətçilərindən birini Ağ Evin Aparat rəhbəri təyin etdi

ABŞ Prezidenti Donald Tramp Ağ Ev Aparatının rəhbəri vəzifəsinə Stiven Milleri təyin edib.

Publika.az xəbər verir ki, Tramp bu barədə noyabrın 6-da “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

ABŞ lideri bildirib ki, hazırda Ağ Ev Aparatı rəhbərinin müavini vəzifəsini tutan və onun ən yaxın məsləhətçilərindən biri olan Stiven Miller noyabrın 9-dan Aparat rəhbəri olacaq.

Tramp, həmçinin hazırkı Aparat rəhbəri Syuzan Uaylsın vəzifəsindən ayrılacağını açıqlayıb. Onun siyasi fəaliyyəti ilə əlaqəli qeyri-hökumət təşkilatına qoşulacağı bildirilib.

Prezident Uaylsın indiyədək tutduğu vəzifədəki fəaliyyətini yüksək qiymətləndirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm