ABŞ
Tramp UFC rəhbərinə Ağ Evin mətbuat katibi vəzifəsini təklif etdi - Həbib və İslam isə...
ABŞ Prezidenti Donald Tramp Ağ Evin mətbuat katibi vəzifəsini UFC rəhbəri Dana Uayta təklif etdiyini yazıb.
Publika.az xəbər verir ki, bu barədə o, özünün "Truth Social" sosial şəbəkəsindəki səhifəsində
Siyasətçi UFC rəhbərindən köməkçilərini də özü ilə gətirməsini xahiş etdiyini bildirib. Onların bəzilərinin ABŞ vətəndaşı olmadığını qeyd edən Tramp bu şəxslər arasında rusiyalı döyüşçü İslam Maxaçevin və UFC-nin sabiq çempionu Həbib Nurməhəmmədovun adlarını çəkib.
Bundan başqa, dövlət başçısı amerikalı döyüşçü Castin Qeyci, UFC-nin sabiq çempionu Daniel Kormye, braziliyalı döyüşçü Amanda Nunyes və UFC çempionu Kayla Harrisonu da qeyd edib.
“Bizi ağıllarını itirmiş solçulardan qorumaq üçün bu insanlara ehtiyacımız var”, - deyə dövlət başçısı bildirib.
Paylaşımının sonunda Tramp Dana Uaytı bu vəzifəni qəbul etməyə çağırıb.
Oktyabrın 9-da Ağ Evin sonuncu mətbuat katibi Keti Zaxariya yeni işə keçməsi ilə əlaqədar vəzifəsindən ayrılıb. O, ikinci övladının dünyaya gəlməsi ilə əlaqədar vəzifəsini tərk edən Kerolayn Levitti əvəz etmişdi. Zaxariya Ağ Evin mətbuat katibi vəzifəsini cəmi beş gün icra edib.
Hüseyn İbadlı
-
İqtisadi gündəm03:13Qızıl kəskin ucuzlaşdı
-
Sosial02:12Həmin tuneli yenə su basıbmış - VİDEO
-
Avropa01:41Krakovda Qətliam törədən şəxsin evində meyitlər aşkarlandı
-
Qoroskop00:30Günü ULDUZ FALI - Xəyallarınızla reallıq arasında körpü qura bilərsiniz
-
Nida Xəbər 00:20Hikmət Hacıyev Şuşadan paylaşım etdi - VİDEO
-
İdman7 Noyabr 23:00Ronaldonun Messiyə jestləri cavabsız qaldı - Sükut müzakirələrə səbəb oldu
-
Sosial7 Noyabr 21:24Polad Həşimovun anasının son durumu açıqlandı
-
Magazin27 Noyabr 20:48“Victoria's Secret”in mələyi okean kənarında bikinidə poza verdi - FOTO

































.jpg)

