ABŞ
Hamısını bir saatda məhv edə bilərik - Tramp İrandakı 38 körpünün hədəfdə olduğunu açıqladı
ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatlar bərpa olunarsa, ölkədəki 38 körpünün bir saat ərzində dağıdıla biləcəyini bildirib.
Publika.az xəbər verir ki, Tramp CNN-ə müsahibəsində ABŞ-ın Yaxın Şərqdə döyüşə hazır vəziyyətdə üç aviadaşıyıcısının olduğunu deyib.
“ABŞ Silahlı Qüvvələrinin İranda hədəfə ala biləcəyi 38 körpü var və onların hamısı bir saat ərzində dağıdıla bilər. Hərbi əməliyyatlar bərpa olunarsa, həmin körpülər məhv ediləcək”, - Tramp diqqətə çatdırıb.
O, İranın infrastrukturunu dağıtmaq istəmədiyini, çünki onun bərpasının illərlə vaxt aparacağını vurğulayıb.
Qeyd edək ki, İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl müharibənin davam etdiriləcəyi təqdirdə ABŞ-yə sərt cavab veriləcəyini bildirmişdi.
-
ABŞ02:43Tramp elan etdi: ABŞ İranda “Dəmir qapı” qrupunu işə saldı
-
Qoroskop01:20Günün ulduz falı: planlarınızı dəyişdirməli olacaqsız
-
Region00:27İranın Qeşm adasında partlayışlar oldu
-
ABŞ8 Noyabr 23:55Nə dərəcədə güclü zərbə endirəcəyimi təsəvvür belə edə bilməzsiniz - Trampdan İrana xəbərdarlıq
-
Dünya8 Noyabr 21:5133 ölkədən vətəndaşlarına təcili çağırış - Nə baş verir?
-
Nida Xəbər 8 Noyabr 19:51İlham Əliyev Türkiyəyə səfər edəcək
-
Nida Xəbər 8 Noyabr 19:00“Bu gün qarşımızda duran vəzifə...” – Ərdoğandan Qarabağla bağlı mühüm mesaj
-
Nida Xəbər 8 Noyabr 17:38Prezidentlər Şuşa qalası önündə foto çəkdirdilər














.jpg)
.jpg)















.jpg)


