Cey Di Vens Möhsün Rezai ilə görüşəcək
Bizi izləyin

ABŞ

Cey Di Vens Möhsün Rezai ilə görüşəcək

Cey Di Vens Möhsün Rezai ilə görüşəcək

Qətərdə ABŞ-ın vitse-prezidenti Cey Di Venslə İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rezai arasında görüş keçirilməsi planlaşdırılır.

Publika.az xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın Ankarada keçirilən konfransda Dohada baş tutması gözlənilən görüşün Vaşinqton və Tehran arasında danışıqlarda irəliləyiş üçün mühüm fürsət ola biləcəyini bildirib.

Kalının sözlərinə görə, Türkiyə və digər regional vasitəçilər münaqişənin nizamlanması üçün yeddi bəndlik plan üzrə çalışırlar. Sənəddə İranın nüvə silahı hazırlamamaq öhdəliyi, BAEA ilə əməkdaşlığı və Hörmüz boğazının açılması müqabilində sanksiyaların yumşaldılması nəzərdə tutulur.

O, həmçinin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Donald Trampı İrana yeni zərbələr endirməkdən çəkinməyə çağırdığını bildirib. Kalın xəbərdarlıq edib ki, yaxın günlərdə razılaşma əldə olunmasa, ABŞ-ın hücumları yenidən başlaya bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm