Heqsetə qarşı impiçment addımı - Konqresə qətnamə təqdim edildi
Bizi izləyin

ABŞ

Heqsetə qarşı impiçment addımı - Konqresə qətnamə təqdim edildi

Heqsetə qarşı impiçment addımı - Konqresə qətnamə təqdim edildi

Respublikaçı konqresmen Tomas Massi ABŞ-ın müdafiə naziri Pit Heqset barəsində impiçment prosedurunun başlanması üçün Nümayəndələr Palatasına qətnamə təqdim edib.

Publika.az xəbər verir ki, səkkiz maddədən ibarət sənəddəki ittihamların üçü İranla müharibə ilə bağlıdır. Massi Heqseti Konqresin razılığı olmadan İrana qarşı müharibəyə başladığı və qanunsuz əmrləri yerinə yetirdiyi üçün vəzifədən kənarlaşdırmağa çağırıb.

Digər ittihamlar mülki əhalinin müdafiəsi qaydalarının pozulması, dəniz əməliyyatları zamanı məhkəməsiz öldürmələr, söz azadlığının məhdudlaşdırılması və Venesuelada Nikolas Maduronun ələ keçirilməsi əməliyyatında iştirakla bağlıdır.

Qətnamə üzrə səsvermə yaxın günlərdə keçirilə bilər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm