ABŞ
Ukraynaya NATO təminatları veriləcək? - ABŞ Rusiyaya müraciət etdi
ABŞ Ukraynanın müharibədən sonrakı təhlükəsizliyinin təmin edilməsi üçün Rusiyaya NATO-nun kollektiv müdafiə prinsipinə bənzər zəmanətlər verilməsi təklifini çatdırıb.
Publika.az xəbər verir ki, “Politico” nəşri ABŞ administrasiyasının yüksəkvəzifəli nümayəndələrinə istinadən bu barədə məlumat yayıb.
Məlumata görə, Vaşinqton bu məsələni noyabrın 10-11-də Əbu-Dabidə keçiriləcək Rusiya-Ukrayna danışıqlarında müzakirəyə çıxarmağı planlaşdırır. Təklifə əsasən, Ukraynaya NATO-nun 4-cü və 5-ci maddələrinə bənzər təhlükəsizlik təminatları verilə bilər.
ABŞ Dövlət katibi Marko Rubio da jurnalistlərə açıqlamasında təhlükəsizlik zəmanətlərinin Rusiya ilə razılaşdırılmasının vacibliyini bildirib. O, NATO-nun 5-ci maddəsinə bənzər mexanizmlərin müzakirə edildiyini, lakin hələlik yekun razılaşmanın olmadığını vurğulayıb.
Qeyd edək ki, NATO-nun 5-ci maddəsi alyansın bir üzvünə hücumun bütün üzvlərə hücum kimi qiymətləndirilməsini nəzərdə tutur.
-
Avto07:15İkinci əl avtomobil almaq istəyənlərə şad xəbər - Video
-
Ekopublika.az05:45“Nvidia” rəhbərinin 162 milyard dollarlıq sərvəti gündəmdə - Tarixin ən bahalı boşanması baş verəcək?
-
Qoroskop01:20Noyabr böyük dəyişikliklər ayı olacaq: Bu bürclər üçün yeni həyat başlayır
-
Dünya00:27Türkiyədə zavodda partlayış: ölənlərin sayı artdı - Yeniləndi
-
Avropa9 Noyabr 23:55700 supermarketə hücumun arxasında İran dayanır - Fransadan ittiham
-
Elm və təhsil9 Noyabr 23:05Abituriyentlər iki fəndən imtahan verəcək? - Ekspertdən AÇIQLAMA
-
Region9 Noyabr 21:00Ərdoğan zavoddakı partlayışın ağır nəticələrini açıqladı - 16 nəfər öldü
-
Nida Xəbər 9 Noyabr 15:03Özgür Özəl Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik etdi






.jpg)

.jpg)





.jpg)
.jpg)


.webp)










.jpg)



