ABŞ
Gizli eşq qalmaqalı Ağ Evə qədər uzandı: Bədəli ağır ola bilər - FOTO
ABŞ prezidenti Donald Tramp “Nvidia” şirkətinin baş direktoru Censen Huangın Çin üçün casusluqda şübhəli bilinən Alis Huangla münasibəti barədə danışıb.
Publika.az xəbər verir ki, Tramp bildirib ki, Huangla telefonla danışıb və ondan qadının casusluq fəaliyyəti barədə məlumatlı olub-olmadığını soruşub. Şirkət rəhbəri bundan xəbərsiz olduğunu deyib. Tramp isə ona inandığını bildirib.
ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Alis Huangın Çin üçün məlumat topladığı və Pekinə ötürdüyü şübhəsi ilə araşdırma aparır.
63 yaşlı Censen Huang nikahdankənar münasibət yaşadığını etiraf edərək həyat yoldaşından və şirkətindən üzr istəyib. “Nvidia”nın Direktorlar Şurası noyabrın 8-də məsələ ilə bağlı müstəqil araşdırmaya başlayıb. Şirkət hələlik kommersiya sirlərinin və məxfi məlumatların təhlükə altına düşdüyünü göstərən hər hansı faktın olmadığını açıqlayıb.
Çin tərəfi isə casusluq iddialarını rədd edərək onları əsassız adlandırıb.
Skandalın gündəmə gəlməsindən sonra “Nvidia” səhmləri bazar ertəsi ticarətində 4 faizdən çox ucuzlaşıb.
-
Sosial16:17Yerə zibil atanları 10 min manatadək cərimə gözləyir
-
Yaxın Şərq15:48ABŞ bu məsələdə İrana güzəştə getdi - 9 milyardlıq razılaşma
-
Sosial15:00Dekabrda neçə gün iş olmayacaq?
-
Nida Təhlil 13:57Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü
-
Ekologiya13:08Sabah yağış yağacaq - PROQNOZ
-
Rəsmi xronika11:49İlham Əliyev Ərdoğana başsağlığı verdi
-
Elm və təhsil11:42Məktəblərdə 7 gün DƏRS OLMAYACAQ
-
Sosial10:35Nisyə mal satanların nəzərinə: Bu gündən...









.jpg)

.jpg)





















.jpg)



