ABŞ
Vəfat etmiş şəxs şuraya sədr seçildi - Komandadan emosional qərar
ABŞ-ın Kaliforniya ştatındakı Kalaveras dairəsinin şurasına namizəd olmuş vəfat etmiş Brüs Cudici ölümündən iki ay sonra da seçki yarışında liderliyini qoruyur.
Publika.az xəbər verir ki, bu barədə KCRA telekanalı səslərin hesablanmasının nəticələrinə istinadla məlumat yayıb.
Dairənin məlumatına görə, Cudici dairə şurasında beşinci dairəni təmsil etmək uğrunda mübarizədə səslərin 56,99 faizini (1 982 səs) toplayıb. Onun rəqibi Klayd Klepp isə 43,01 faiz (1 496 səs) səs qazanıb. Son hesabatın hazırlandığı vaxt 322 bülletenin hesablanması başa çatmamış, daha 340 bülleten isə imzaların uyğun gəlməməsi və ya ümumiyyətlə olmaması səbəbindən dəqiqləşdirmə tələb etmişdi.
Cudici avqustun 30-da seçicilərin evlərini gəzərkən ölümcül xəsarət alıb. O, evlərdən birinə aparan dik giriş yolunda büdrəyərək yıxılıb. Xəstəxanaya çatdırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər və namizəd ertəsi gün vəfat edib. Onun seçki qərargahı seçiciləri buna baxmayaraq siyasətçiyə səs verməyə çağırıb.
“Kampaniyanı davam etdirmək çox çətin və emosional qərar idi. Biz Brüsün bunu etmək istədiyinə qəti əmin idik. Bu, onun missiyası idi və bizim məqsədimiz həmin missiyanı başa çatdırmaq idi”, – deyə kampaniyanın könüllüsü Kerri Biqqs-Adams bildirib.
Biqqs-Adams ştatın qanunvericiliyinə istinadən bildirib ki, Cudici qalib gələrsə, onun varisləri seçilənə və ya təsdiqlənənə qədər boş qalmış vəzifəyə qubernator tərəfindən başqa bir şəxs təyin ediləcək. Namizəd həmin vəzifəyə öz namizədliyini irəli sürən şəxslər arasından seçiləcək.
Hüseyn İbadlı
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO
-
Avropa10 Noyabr 20:00Zelenski Əbu-Dabidəki üçtərəfli görüşdən danışdı - Nələr müzakirə edilib?











.jpg)









.png)




.jpg)
.jpg)










