ABŞ
Trampla Netanyahu arasında “cəhənnəm mübahisəsi” - Təl-Əviv açıqlama yaydı, Ağ Ev susur
İsrailin Baş naziri Binyamin Netanyahu və ABŞ Prezidenti Donald Tramp İranla hərbi əməliyyatların yenidən başlanması ehtimalı ilə bağlı telefon danışığı aparıblar.
Publika.az xəbər verir ki, bu barədə “Ynet” nəşri məlumat yayıb.
Portalın həmsöhbətlərinin sözlərinə görə, tərəflərin İslam Respublikasına qarşı yeni zərbələrin endirilməsi məsələsində fikir ayrılığı səbəbindən söhbət “xüsusilə gərgin və kəskin” olub. Mənbələrdən biri danışığı “cəhənnəm mübahisəsi” adlandırıb.
“Ynet”in məlumatına görə, İsrail Baş nazirinin dəftərxanası bu iddiaları təkzib edərək, söhbətin “tamamilə sakit” keçdiyini vurğulayıb. İsrailin yüksəkvəzifəli rəsmisi də telefon danışığının baş tutduğunu təsdiqləyib, lakin söhbətin “heç də mürəkkəb olmadığını” bildirib.
Bundan əvvəl ABŞ dövlət katibi Marko Rubio İrana qarşı yeni zərbələrin endirilməsinə hazırda ehtiyac olmadığını bəyan edib. Onun sözlərinə görə, Vaşinqton Tehrana qarşı iqtisadi təzyiqləri davam etdirməyi planlaşdırır.
Hüseyn İbadlı
-
Yaxın Şərq02:12Əbu-Dabi görüşünü növbəti raundu ilə bağlı qərar verildi
-
Avropa00:45Rusiyaya casusluq edən ABŞ əsgəri bu ölkədə yaxalandı - İttiham
-
Qoroskop00:00Günün ULDUZ FALI - Gözlənilməz xoş xəbərlər ala bilərsiniz
-
Magazin110 Noyabr 23:12Biotin qəbul edənlərə çağırış - VİDEO
-
Sağlamlıq10 Noyabr 21:48Acı qəhvənin sirri: Beyin və bağırsaq arasındakı gizli əlaqə deşifrə edildi
-
Nida Xəbər 10 Noyabr 21:36Türk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir?
-
İdman10 Noyabr 21:24FIFA prezidentinin başı dərddə - ABŞ Konqresinə çağırıla bilər
-
Magazin210 Noyabr 20:12“Eşref Tek” ən çox ona güvənəcək - FOTO



















.png)





.jpg)











