İran təhdidləri amerikalı naziri evindən didərgin saldı - Görün harada yaşayır
Bizi izləyin

ABŞ

İran təhdidləri amerikalı naziri evindən didərgin saldı - Görün harada yaşayır

İran təhdidləri amerikalı naziri evindən didərgin saldı - Görün harada yaşayır

ABŞ-ın maliyyə naziri Skott Bessent İran tərəfindən gələn təhdidlər səbəbindən hərbi bazanın ərazisində yaşayır.

Publika.az xəbər verir ki, bu barədə “The New York Times” (NYT) qəzeti mənbələrinə istinadla məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, maliyyə qurumunun rəhbəri həyatına qarşı İran tərəfindən səsləndirilən təhdidlərdən sonra bu yaxınlarda evini tərk edərək hərbi bazaya köçüb.

Qəzet təhlükənin nə dərəcədə ciddi olduğunun aydın olmadığını qeyd edir. 2025-ci ildə ABŞ administrasiyasının ən azı altı yüksək vəzifəli nümayəndəsi təhlükəsizlik mülahizələri səbəbindən evlərindən hərbi bazalara və ya digər mühafizə olunan yaşayış məntəqələrinə köçüb.

Noyabrın 10-da ABŞ-ın müdafiə naziri Pit Heqset İranın “ən azı bir səhv addım” atacağı təqdirdə ölkəyə qarşı zərbələrin təkrarlana biləcəyi barədə xəbərdarlıq edib.

Dövlət katibi Marko Rubio Vaşinqtonun İrana qarşı yeni genişmiqyaslı hərbi əməliyyat kampaniyasına ehtiyac görmədiyini, iqtisadi təzyiq tədbirlərini kifayət hesab etdiyini bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm