“Sanki iki Donald Tramp var” - Bayden onun məktubunu dərc etdi
Bizi izləyin

ABŞ

“Sanki iki Donald Tramp var” - Bayden onun məktubunu dərc etdi

“Sanki iki Donald Tramp var” - Bayden onun məktubunu dərc etdi

ABŞ-ın sabiq prezidenti Co Bayden yeni kitabı “Mənə söz ver, Amerika”da hazırkı Amerika lideri Donald Trampın 2021-ci ildə Ağ Evdə onun üçün qoyduğu vida məktubunun mətnini dərc edib.

Publika.az xəbər verir ki, u barədə “The New York Times” qəzeti yazır.

Ağ Evin rəsmi blankında qara markerlə yazılmış və Trampın imzası ilə təsdiqlənmiş məktub onun Bayden və 2020-ci il prezident seçkiləri ilə bağlı ictimai bəyanatları ilə ziddiyyət təşkil edir.

“Bir çox prezident gəlib-getdi, ölkəni sadəcə respublikaçı və ya demokrat kimi idarə etdi. Əslində, onlar tarixin gedişatını dəyişmədilər, sadəcə onun amansız axınına qapılıb getdilər. Sizinlə belə olmayacaq, çünki Amerika xalqını nə qədər çox sevdiyinizi bilirəm”, – deyə məktubda bildirilir.

Bayden kitabında qeyd edib ki, ona elə gəlib ki, sanki “iki Donald Tramp var”. ABŞ-ın sabiq prezidenti vurğulayıb ki, Tramp “demokratiyanı dərindən sabitsizləşdirib”, lakin məktubunda “köhnə dost kimi səmimi ifadələrlə ona ən xoş arzularını çatdırır”.

Daha əvvəl Trampın 2024-cü il prezident seçkilərindən sonra Baydenə gözlənilmədən onların dost ola biləcəklərini dediyi bildirilmişdi.

“Bilirsən, Co, siyasət olmasaydı, düşünürəm ki, biz yaxşı dost olardıq”, – deyə Tramp Ağ Evdə Baydenlə görüşü zamanı bildirib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm