ABŞ
Tramp Ağ Evə yeni mətbuat katibi axtarır: Bu şəxs onun marağını çəkdi
ABŞ prezidenti Donald Tramp Ağ Evin yeni mətbuat katibi vəzifəsinə televiziya aparıcısı Ben Ferqyusonu gətirməyi nəzərdən keçirir.
Publika.az xəbər verir ki, bu barədə “Fox News” məlumatlı mənbələrə istinadən məlumat yayıb.
Mənbələrdən birinin sözlərinə görə, Ferqyusonun adı Trampın bir çox şəxslə apardığı müzakirələrdə hallanıb və ona bu namizədliyin yaxşı seçim olduğu bildirilib.
Digər mənbə isə Trampın növbəti mətbuat katibinin kişi olmasını istədiyini və Ferqyusonun əsas namizədlərdən biri olduğunu qeyd edib.
Bu vəzifəyə CNN-in müxbiri Skott Cenninqs, Ağ Evin kommunikasiya direktoru Stiven Çunq, “Breitbart”ın rəhbəri Metyu Boyl və Corc Buşun prezidentliyi dövründə Ağ Evin mətbuat katibi olmuş Ari Fleyşer də namizədlər arasındadır.
Qeyd edək ki, Ağ Evin mətbuat katibi vəzifəsi bir neçə aydır boşdur. Avqustda Kerolayn Levitt ailəsi ilə daha çox vaxt keçirmək istədiyini əsas gətirərək istefa verib. Onu bu vəzifədə əvəz edən Keti Zaxariya isə cəmi beş gün çalışıb.
Müəllif: Adəm
-
Region12:22Nəsimi Musayev Ermənistanda Robert Köçəryanla qonşu kamerada saxlanılır
-
Region11:16Ermənistanda həbsdə olan müxalifətçinin halı pisləşdi, həkimləri buraxmadılar - Öldü
-
Region10:58Rus turistlərin üz tutduğu ölkələr: Ermənistana səfərlər kəskin artıb
-
Nida Xəbər 10:19XİN Polşa və Anqolanı təbrik etdi
-
Dünya10:03Tehranda Netanyahunun oxşarı tapıldı: Ara qarışdı - FOTO
-
Magazin208:36Məşhur aktyor ürək çatışmazlığından vəfat etdi - FOTO
-
Ekologiya07:17Bu gün yağış yağacaq - PROQNOZ
-
İdman06:46Fransa millisinin yarımmüdafiəçisi zədələndi



















.jpg)

.png)
















