ABŞ
Casus qalmaqalı fonunda “Nvidia”nın baş direktoru istefa verdi
Amerikanın “Nvidia” şirkəti baş direktoru Censen Huanq istefa verib.
Publika.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Qeyd olunub ki, “Nvidia”nın direktorlar şurası daimi baş direktor axtarışına başlayacaq, həm şirkətdaxili, həm də kənar namizədləri nəzərdən keçirəcək. Baş direktor vəzifəsinin müvəqqəti icrası maliyyə direktoru Kolet Kressə həvalə edilib.
Noyabrın əvvəlində ABŞ-ın qrafik prosessorları istehsalçısı “Nvidia” şirkətin baş direktoru Censen Huanqa qarşı Çinin ehtimal olunan casusluq əməliyyatı barədə məlumatların yayılmasından sonra müstəqil araşdırmaya başlayıb. Buna ABŞ xüsusi xidmət orqanlarının Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bildiyi sahibkar Elis Huanqla onun romantik münasibətləri barədə yayılan məlumatlar səbəb olub.
Huanq açıq məktubunda “Nvidia” əməkdaşlarına həyat yoldaşına xəyanət etdiyini etiraf edib. O, həmkarlarından, direktorlar şurasından və səhmdarlardan üzr istəyərək onların etimadını bərpa etmək üçün çalışacağına söz verib.
Hüseyn İbadlı
-
ABŞ19:00Ağ Evin yaxınlığında atışma - Yaralılar var
-
Rəsmi xronika16:41İlham Əliyev Maya Sandu ilə görüşdü - FOTO
-
Nida Xəbər 15:53Teymur Musayevə yeni vəzifə verildi
-
Rəsmi xronika15:13İlham Əliyev Dublində Ukrayna Prezidenti ilə görüşdü
-
MDB14:08Korrupsiya qalmaqalı böyüyür: Pəncərədən 8 çamadan dolları küçəyə atan kimdir? - VİDEO
-
Sosial13:58Dublində "Avropa Siyasi Birliyi"nin sammiti BAŞLAYIR
-
İqtisadi gündəm12:18Bakıda 8 bina sökülür, sakinlərə nə qədər kompensasiya ödəniləcək? - VİDEO
-
Nida Xəbər 11:27General qızından şikayətçi olanın kimliyi bilindi








.jpg)




























