Ağ Evin yaxınlığında atışma - Yaralılar var
Bizi izləyin

ABŞ

Ağ Evin yaxınlığında atışma - Yaralılar var

Ağ Evin yaxınlığında atışma - Yaralılar var

Vaşinqtonda naməlum şəxs Ağ Evin yaxınlığındakı idman zalında atəş açıb və binanın içərisində barrikada quraraq gizlənib.

Publika.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Kolumbiya dairəsinin polis idarəsinin məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları hazırda Ağ Evdən avtomobillə təxminən beş dəqiqəlik məsafədə, 15-ci küçə ərazisində baş vermiş atışma yerindədirlər.

Yerli “ABC News” bölməsinin məlumatına görə, atışma nəticəsində azı dörd nəfər xəsarət alıb. Onların vəziyyəti barədə məlumat verilmir.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm