Huanqın istefası “Nvidia”ya baha başa gəldi - Səhmlər kəskin ucuzlaşdı
Bizi izləyin

ABŞ

Huanqın istefası “Nvidia”ya baha başa gəldi - Səhmlər kəskin ucuzlaşdı

Huanqın istefası “Nvidia”ya baha başa gəldi - Səhmlər kəskin ucuzlaşdı

Amerikanın “Nvidia” şirkətinin səhmlərinin dəyəri baş direktor Censen Huanqın istefası fonunda 10 faiz ucuzlaşıb.

Publika.az xəbər verir ki, bu barədə “Nasdaq” birjasının ticarət məlumatlarında bildirilib.

Bakı vaxtı ilə saat 17:55-ə olan məlumata görə, şirkətin səhmləri birjaöncəsi ticarətdə 10,21 faiz ucuzlaşaraq hər səhm üçün 156 dollara düşüb. Əsas ticarət sessiyasının bağlanışında isə səhmlərin qiyməti 173,73 dollar (+2,87 faiz) təşkil edib.

Bundan əvvəl “Nvidia” Huanqın istefa verdiyini açıqlayıb. Baş direktor vəzifəsinin müvəqqəti icrası maliyyə direktoru Kolet Kressə həvalə edilib.

Noyabrın əvvəlində ABŞ-ın qrafik prosessorları istehsalçısı “Nvidia” Censen Huanqa qarşı Çinin ehtimal olunan casusluq əməliyyatı barədə məlumatların yayılmasından sonra müstəqil araşdırmaya başlayıb. Buna onun ABŞ xüsusi xidmət orqanlarının Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bildiyi sahibkar Elis Huanqla romantik münasibətləri barədə yayılan məlumatlar səbəb olub.

Huanq açıq məktubunda “Nvidia” əməkdaşlarına həyat yoldaşına xəyanət etdiyini etiraf edib. O, həmkarlarından, direktorlar şurasından və səhmdarlardan üzr istəyərək onların etimadını bərpa etmək üçün çalışacağına söz verib.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm