ABŞ-ın büdcə kəsiri bir ayda 15 dəfə artdı
Bizi izləyin

ABŞ

ABŞ-ın büdcə kəsiri bir ayda 15 dəfə artdı

ABŞ-ın büdcə kəsiri bir ayda 15 dəfə artdı

Oktyabr ayının yekunlarına görə, ABŞ-ın büdcə kəsiri 15 dəfə artaraq 404,064 milyard dollara çatıb.

Publika.az xəbər verir ki, bu barədə “Trading Economics” portalı ABŞ Maliyyə Nazirliyinin hesabatına istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, bir ay əvvəl büdcə kəsiri 26,9 milyard dollar təşkil edib. Bununla belə, analitiklər kəsirin yalnız 298,6 milyard dollara qədər artacağını proqnozlaşdırırdılar.

Oktyabrda ABŞ Maliyyə Nazirliyinin məlumatları göstərib ki, ölkənin dövlət borcu rekord həddə – 40 trilyon dollara çatdıqdan sonra iki ay ərzində daha təxminən 400 milyard dollar artıb. Avqustun sonundan etibarən dövlət borclanmasının həcmi 1 faiz artaraq 40,4 trilyon dollara yaxınlaşıb.

Avqust ayında məlum olub ki, ABŞ-ın dövlət borcu 2017-ci ildən bəri 20 trilyon dollardan rekord həddə – 40 trilyon dollara yüksəlib. Bu göstəricinin kəskin artmasına büdcə kəsirini qarşılamaq üçün dövlətin borc vəsaitləri cəlb etməsi səbəb olub. Nəticədə ABŞ hökumətinin daxili və xarici kreditlər üzrə borcu 10 ildən az müddətdə iki dəfə artıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm