Nyu-Yorkda bina uçdu - 10-a yaxın ölən var
Bizi izləyin

ABŞ

Nyu-Yorkda bina uçdu - 10-a yaxın ölən var

Nyu-Yorkda bina uçdu - 10-a yaxın ölən var

ABŞ-ın Nyu-York şəhərində üçmərtəbəli yaşayış binasının uçması nəticəsində ölənlərin sayı 8 nəfərə çatıb.

Publika.az xəbər verir ki, bu barədə şəhər meri Zöhran Məmdani məlumat verib.

Bildirilib ki, həlak olanlardan 6-sı böyük, 2-si uşaqdır. Hadisə nəticəsində daha 18 nəfər xəsarət alıb. Yaralılar arasında 4 yanğınsöndürən də var. Bir nəfərin vəziyyəti ağırdır.

Hadisə noyabrın 11-də şəhərin Bruklin rayonunda, Flatbuş prospektində baş verib. Üçmərtəbəli bina qonşu ərazidə qazıntı işləri aparılarkən uçub.

Dağıntılar altında insanların qala biləcəyi ehtimalı ilə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Hadisənin səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm