ABŞ
ABŞ-dan İsrail Müdafiə Ordusuna ŞOK ÇAĞIRIŞ - İranla müharibəyə hazırlaşın
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İsrail Müdafiə Ordusunu (İDF) İranda hərbi əməliyyatların yenidən başlanması ehtimalına hazırlaşmağın zəruriliyi barədə məlumatlandırıb.
Publika.az xəbər verir ki, bu barədə İsrailin “Kan” dövlət teleradio şirkəti ABŞ-dakı mənbəyə istinadla məlumat yayıb.
“ABŞ-dakı mənbənin məlumatına görə, İsrailə, eləcə də Fars körfəzi ölkələrinə təhlükəsizlik sahəsində İranla müharibənin yaxın vaxtlarda yenidən başlanması ehtimalına hazırlaşmağın zəruriliyi ilə bağlı siqnallar göndərilir”, - deyə materialda bildirilir.
Teleradio şirkəti qeyd edib ki, bu siqnallar ABŞ prezidenti Donald Trampın hərbi əməliyyatların yenidən başlanmasına ehtiyac görmədiyi barədə son bəyanatları ilə ziddiyyət təşkil edir.
Hazırda Vaşinqton Yaxın Şərqə resursların köçürülməsini davam etdirir. ABŞ-ın artıq Yaxın Şərqdəki və Avropadakı bazalarında təxminən 200 yanacaqdoldurma təyyarəsi var.
İyun ayından bəri ilk dəfə olaraq, gələn həftə “Corc Vaşinqton” və “Corc Buş” adlı iki aviadaşıyıcının, eləcə də “Ruzvelt” adlı üçüncü aviadaşıyıcının Ərəbistan dənizinə çatması gözlənilir. “Kan”ın məlumatına görə, onlarla birlikdə müxtəlif sistemlərlə, o cümlədən hava hücumundan müdafiə sistemləri ilə işləyən minlərlə amerikalı hərbçi də Yaxın Şərqdəki ABŞ bazalarında yerləşdiriləcək.
Noyabrın 11-də ABŞ Prezidenti Vaşinqtonun İrana bir daha zərbələr endirməyə məcbur qalmayacağına ümid etdiyini bildirib.
Hüseyn İbadlı
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"
-
Avropa12 Noyabr 21:36Britaniya xüsusi təyinatlılarını qorxudan detal - Əməliyyatlar zamanı nə baş verir?
-
Region12 Noyabr 20:40Türkiyədə helikopter qəzası: 4 hərbçi şəhid oldu - FOTO
-
Sosial12 Noyabr 20:00Məclis.info saytının rəhbərinə ağır cəza verildi




























.jpg)








