Tramp İranı hərbi güclə hədələdi - “Qətiyyən tərəddüd etmərəm”
Bizi izləyin

ABŞ

Tramp İranı hərbi güclə hədələdi - “Qətiyyən tərəddüd etmərəm”

Tramp İranı hərbi güclə hədələdi - “Qətiyyən tərəddüd etmərəm”

ABŞ Prezidenti Donald Tramp müttəfiqlərini və öz qüvvələrini müdafiə etmək üçün zəruri olacağı təqdirdə İrana qarşı hərbi güc tətbiq etməkdən çəkinməyəcəyini bildirib.

Publika.az xəbər verir ki, siyasətçi bu barədə "Salem News" telekanalının efirində danışıb.

Ağ Ev rəhbərindən ABŞ-ın müttəfiqlərinin və gəmilərinin İran tərəfindən terrora məruz qalmasına son qoymaq üçün “bütün zəruri tədbirləri görmək” məqsədilə hərbi güc tətbiq edib-etməyəcəyi soruşulub.

“Qətiyyən tərəddüd etmərəm”, - deyə Tramp birmənalı şəkildə vurğulayıb.

Bundan sonra o, hazırda ABŞ-ın Tehranla qarşıdurmada vəziyyətinin çox yaxşı olduğunu qeyd edib.

Donald Tramp daha əvvəl ABŞ-ın İranla razılaşma əldə etməkdə artıq maraqlı olmadığını bəyan etmişdi. Bundan əvvəl siyasətçi ABŞ-ın İranla münaqişədə cəmi “93 faiz” deyil, tam qələbə qazanmaq istədiyini vurğulamışdı. O, həmçinin ABŞ-ın İranla müharibəyə başlamadığını əlavə etmişdi.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm