ABŞ
ABŞ kəşfiyyatında fikir ayrılığı - “Nvidia”nın keçmiş şefinin məşuqəsi casusdur?
ABŞ kəşfiyyat icmasının nümayəndələri "Nvidia" şirkətinin keçmiş rəhbəri Censen Huanqla romantik münasibətdə olmuş çinli sahibkar Elis Huanqın casusluq məqsədilə ÇXR xüsusi xidmət orqanları tərəfindən ələ alınıb-alınmadığı məsələsində fikir ayrılığına düşüblər.
Publika.az xəbər verir ki, bu barədə CNN mənbələrinə istinadla məlumat yayıb.
Amerikalı rəsmilər arasında ÇXR Dövlət Təhlükəsizliyi Nazirliyinin "Nvidia" şirkətinin keçmiş rəhbəri haqqında məlumat toplamaq üçün Elis Huanqdan istifadə etdiyinə dair sübutların inandırıcılığı ilə bağlı vahid mövqe yoxdur.
CNN-in məlumatına görə, ABŞ Milli Kəşfiyyat Direktorunun Aparatında və Mərkəzi Kəşfiyyat İdarəsində qadını Çin casusu adlandırmağa tələsmirlər. Hətta ələ keçirilmiş yazışmalar belə, məlumatların Pekinə qəsdən ötürüldüyünü hələlik təsdiqləmir.
Federal Təhqiqatlar Bürosunda isə Elis Huangın Çin dövlət televiziyasının jurnalistliyindən sahibkarlığa kəskin karyera keçidinə ehtiyatla yanaşırlar.
Noyabrın əvvəlində qrafik prosessorların istehsalçısı olan ABŞ-ın "Nvidia" şirkəti Censen Huanqa qarşı Çinin ehtimal olunan casusluq əməliyyatı barədə məlumatlardan sonra müstəqil araşdırmaya başlayıb. Buna səbəb onun Çin kəşfiyyatı ilə əməkdaşlıqda ABŞ xüsusi xidmət orqanlarının şübhəli bildiyi sahibkar Elis Huanqla romantik münasibətdə olması barədə yayılan məlumatlar olub.
Noyabrın 12-nə keçən gecə Huanq həyat yoldaşına daha bir dəfə xəyanət etməkdə ifşa olunub. “The New York Times” qəzetinin məlumatına görə, o, 48 yaşlı müavini ilə eşq macərası yaşayıb. Mart ayında "Nvidia" konfransının keçirildiyi San-Xosedəki otellərdən birində onlar birlikdə görüblər.
Daha sonra "Nvidia" şirkəti Huanqın vəzifəsindən istefa verdiyini açıqlayıb. Baş direktor vəzifəsinin müvəqqəti icrası maliyyə direktoru Kolet Kressə həvalə olunub.
Hüseyn İbadlı
-
Avropa04:44Trampın xüsusi elçiləri Dublində - Zelenski Rusiyanın təkliflərini rədd etdi
-
Magazin204:14CeyLo dərin yarıqlı cins libasda göz qamaşdırdı - FOTO
-
MDB03:43Rusiya NATO-nun vədinin sənədləşdirilməsini tələb etdi
-
Nida Xəbər 02:30Leyla Əliyeva UN-Habitat-ın regional ofisinin direktoru ilə müzakirə apardı - FOTO
-
Qoroskop00:15Günün ULDUZ FALI - Ona vaxt ayırmaqdan çəkinməyin
-
Magazin112 Noyabr 23:36Tanınmış xanəndə: "Geyimlərimi moda evinə kirayə verib faiz götürürəm"
-
Rəsmi xronika12 Noyabr 23:12Britaniya ilə müdafiə sahəsində əməkdaşlıq gücləndirilir - Təhdidlərə birgə cavab veriləcək
-
İdman12 Noyabr 22:30Toral Bayramov: "Sabah xalqımızı sevindirmək istəyirik"

























.jpg)








