“Nvidia”nın keçmiş rəhbəri Senatın açıq dinləmələrinə çağırıldı
Bizi izləyin

ABŞ

“Nvidia”nın keçmiş rəhbəri Senatın açıq dinləmələrinə çağırıldı

“Nvidia”nın keçmiş rəhbəri Senatın açıq dinləmələrinə çağırıldı

“Nvidia” şirkətinin keçmiş rəhbəri Censen Huanqa dekabrın 3-də keçiriləcək açıq dinləmələrdə iştirak etməyə dəvət edən rəsmi məktub göndərib.

Publika.az xəbər verir ki, bu barədə ABŞ Senatının Bank işi üzrə Komitəsinin sədri Tim Skott “X” sosial şəbəkəsində bildirib.

Buna səbəb onun Çin kəşfiyyatı ilə əməkdaşlıqda şübhəli bilinən çinli qadınla eşq münasibətləri barədə KİV-də yayılan məlumatlardır.

Senatorun sözlərinə görə, Huanqla bağlı məlumatlar ABŞ-ın milli təhlükəsizliyi və həssas Amerika texnologiyalarının qorunması baxımından ciddi narahatlıq doğurur.

“Mən Censen Huanqın və ticarət naziri Hovard Latnikin Senatın Bank işi üzrə Komitəsi qarşısında ifadə verməsini tələb edirəm”, - deyə Skott yazıb.

Noyabrın əvvəlində qrafik prosessorların istehsalçısı olan ABŞ-ın “Nvidia” şirkəti Censen Huanqa qarşı Çinin ehtimal olunan casusluq əməliyyatı barədə məlumatlardan sonra müstəqil araşdırmaya başlayıb. Buna səbəb onun Çin kəşfiyyatı ilə əməkdaşlıqda ABŞ xüsusi xidmət orqanlarının şübhəli bildiyi sahibkar Elis Huanqla romantik münasibətdə olması barədə yayılan məlumatlar olub.

Noyabrın 12-nə keçən gecə Huanq həyat yoldaşına daha bir dəfə xəyanət etməkdə ifşa olunub. “The New York Times” qəzetinin məlumatına görə, o, 48 yaşlı müavini ilə eşq macərası yaşayıb. Mart ayında “Nvidia” konfransının keçirildiyi San-Xosedəki otellərdən birində onlar birlikdə görüblər.

Daha sonra Nvidia şirkəti Huanqın vəzifəsindən istefa verdiyini açıqlayıb. Baş direktor vəzifəsinin müvəqqəti icrası maliyyə direktoru Kolet Kressə həvalə olunub.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm