Tanker kruiz gəmisi ilə toqquşdu: 32 nəfər yaralandı - Foto/Video
Bizi izləyin

ABŞ

Tanker kruiz gəmisi ilə toqquşdu: 32 nəfər yaralandı - Foto/Video

Tanker kruiz gəmisi ilə toqquşdu: 32 nəfər yaralandı - Foto/Video

ABŞ-ın Luiziana ştatının Nyu-Orlean şəhərində Missisipi çayında “Atlantic Asphalt” tankeri “American Heritage” sərnişin gəmisi ilə toqquşub.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, qəza zamanı kruiz gəmisində 130-dan çox sərnişin olub. Hadisə yerinə xilasedicilər və sahil mühafizəsinin əməkdaşları cəlb olunub.

Hadisə nəticəsində 32 nəfər xəsarət alıb. Onların hamısı xəstəxanaya yerləşdirilib. Nyu-Orlean meri Helena Moreno yaralıların vəziyyətinin qənaətbəxş olduğunu bildirib.

Qeyd edək ki, toqquşmadan sonra içərisinə su dolan kruiz gəmisi çevrilib. Qəzanın səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm