"Starship"in raket gücləndiricisi sınaq zamanı partladı - VİDEO
Bizi izləyin

ABŞ

"Starship"in raket gücləndiricisi sınaq zamanı partladı - VİDEO

"Starship"in raket gücləndiricisi sınaq zamanı partladı - VİDEO

"SpaceX" şirkətinin "Starship" raketinin gücləndirici bloku sınaq uçuşundan 10 dəqiqə sonra Meksika körfəzi üzərində partlayaraq qəzaya uğrayıb.

Publika.az xəbər verir ki, bu barədə “The New York Post” məlumat yayıb.

Bildirilib ki, buraxılış bir gün əvvəl həyata keçirilib. Raketin hər iki mərhələsinin Texasdakı bazaya qayıtması nəzərdə tutulsa da, birinci mərhələ Qolfstrim şelfinə düşüb. Buna baxmayaraq, kosmik gəmi uçuşunu davam etdirərək orbitə çıxıb.

Hadisə yerindən yayımlanan videoda birinci mərhələnin dənizə düşməzdən əvvəl partladığı görünür.

Bu ilin sentyabrında İlon Maskın "SpaceX" şirkəti "Starship" kosmik gəmisini ilk dəfə Yer kürəsinin aşağı orbitinə çıxararaq yeni nəsil "Starlink" rabitə sisteminin 26 peykini orbitə yerləşdirib. Lakin mühərrikdə yaranan nasazlıq səbəbindən 14-cü sınaq uçuşunun müddəti təxminən yeddi saat qısaldılıb. Kosmik gəmi atmosferə yenidən daxil olaraq Sakit okeana nəzarətli şəkildə enib, daha sonra çevrilərək partlayıb.

Hüseyn İbadlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm