ABŞ-da dəhşət: Yük və sərnişin təyyarələri toqquşdu - VİDEO
Bizi izləyin

ABŞ

ABŞ-da dəhşət: Yük və sərnişin təyyarələri toqquşdu - VİDEO

ABŞ-da dəhşət: Yük və sərnişin təyyarələri toqquşdu - VİDEO

ABŞ-ın Mayami Beynəlxalq Hava Limanında yük təyyarəsi ilə sərnişin təyyarəsi toqquşub.

Publika.az xəbər verir ki, bu barədə CBS telekanalı məlumat yayıb. Telekanal Mayami Yanğından Mühafizə Xidmətinə və hava limanının Kommunikasiya direktoru Qreq Çinə istinad edib.

Qeyd edilib ki, təyyarələr "UPS" və "Copa Airlines" aviaşirkətlərinə məxsus olub. "UPS"nin "Boeing 767" yük təyyarəsi "Copa Airlines" aviaşirkətinin sərnişin daşıyan "Boeing 737" təyyarəsinə hava limanında uçmamışdan qabaq dəyib. Çinin sözlərinə görə, təyyarələr uçuş xəttinin kəsişməsində toqquşublar: "Bir təyyarə hava limanına enir, digəri isə yola düşürmüş. Hadisə hava limanının fəaliyyətinə təsir etməyib".

Müəllif: Tural

Oxumağa davam et
Reklam
Reklam

Gündəm