ABŞ
The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
“The Wall Street Journal” (WSJ) qəzetinin məlumatına görə, adları açıqlanmayan ABŞ rəsmiləri ölkədəki kəşfiyyat qiymətləndirmələri ilə bağlı şərh veriblər.
Publika.az qəzetin veb-saytına istinadla xəbər verir ki, amerikalı rəsmilər kəşfiyyat məlumatlarının İranın 1500 ilə 2500 arasında raketə sahib olduğunu göstərdiyini iddia ediblər. Lakin İran raket ehtiyatlarının dəqiq sayını müəyyənləşdirməkdə çətinlik çəkdiyinə görə bu qiymətləndirmənin tam dəqiq olmadığını bildiriblər.
Rəsmilər müharibəyə baxmayaraq, İranın hələ də böyük silah ehtiyatına sahib olduğunu, ABŞ və İsrail hücumlarından istehsal müəssisələrinə dəyən ziyana rəğmən Tehranın yavaş-yavaş olsa da, silah istehsal etməyə davam etdiyini iddia ediblər.
Onlar, həmçinin Tehranın çox sayda dron və qısamənzilli raketə sahib olduğunu, habelə İranın silah imkanlarını bərpa etməsinin Prezident Donald Trampın rəhbərliyi altında ABŞ administrasiyasını ölkəyə hücumları yenidən nəzərdən keçirməyə vadar etdiyini qeyd ediblər.
Adları açıqlanmayan ABŞ rəsmiləri İranın ABŞ hərbi obyektlərinə, radarlarına və erkən xəbərdarlıq sistemlərinə hücumları səbəbindən Amerikanın hərbi aktivlərini daha təhlükəsiz hesab etdiyi İsrailə köçürdüyünü bildiriblər.
-
ABŞ14:06The Wall Street Journal: "İranın 2500-ə qədər raketi var"
-
İqtisadi gündəm13:48Bu ərazilərdə su olmayacaq - XƏBƏRDARLIQ
-
Magazin213:33Can Yamana nə olub? - FOTOLAR
-
Magazin213:00Məşhur modelin alt paltarında poza verməsi gündəm oldu - FOTO
-
Ekologiya12:51Bakıda yağış, rayonlarda isə qar yağacaq - HAVA PROQNOZU
-
İdman09:47Millətlər Liqası: Fransa Türkiyəyə, İspaniya İngiltərəyə qarşı
-
Hadisə09:28Rəşad Məcidə ağır itki üz verdi
-
Səhiyyə08:36Qırmızı şərabın gizli təhlükəsi: Həkim həqiqəti açıqladı




















.png)














