ABŞ
Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
ABŞ Prezidenti Donald Trampın, eləcə də “Burger King” və “McDonald's” kimi məşhur şirkətlərin sosial şəbəkə hesablarında illər əvvəl paylaşılmış bəzi keçidlərin istiqaməti dəyişdirilib. Nəticədə istifadəçilər əvvəlki mənbələr əvəzinə üçüncü tərəf saytlarına yönləndirilir.
Publika.az-ın “New York Post” qəzetinə istinadla verdiyi məlumata görə, naməlum kiber cinayətkarlar “Bitly” (bit.ly) link qısaltma xidmətindəki zəiflikdən istifadə edərək, köhnə paylaşımlarda yer alan keçidlərin yönləndirmə ünvanlarını dəyişiblər.
Məlumata əsasən, “Burger King”in 2011-ci ildə yayımladığı və əvvəlcə restoran axtarış səhifəsinə yönləndirən keçid hazırda istifadəçiləri nasist həbs düşərgələri haqqında Vikipediya məqaləsinə aparır. Şirkətin digər köhnə paylaşımındakı link isə Adolf Hitler haqqında səhifəyə yönləndirilir.
“McDonald's”ın arxivdəki paylaşımlarından birində yer alan keçid də dəyişdirilərək 2001-ci il sentyabrın 11-də ABŞ-də törədilmiş terror hücumları haqqında məqaləyə yönləndirilib.
Kiberhücum ABŞ Prezidenti Donald Trampın arxivləşdirilmiş paylaşımlarına da təsir edib. Nəşrin məlumatına görə, onun təxminən 20 köhnə paylaşımında istifadəçiləri üçüncü tərəf saytlarına, videolara və digər materiallara aparan keçidlər aşkarlanıb.
Qeyd olunur ki, hadisə şirkətlərin və ya ayrı-ayrı şəxslərin sosial şəbəkə hesablarının sındırılması ilə bağlı deyil. Söhbət əvvəllər “Bitly” vasitəsilə qısaldılmış linklərin son yönləndirmə ünvanlarının dəyişdirilməsindən gedir. Ehtimal edilir ki, kiber cinayətkarlar mövcud qısa linklərə müdaxilə edərək onların yönləndirildiyi URL ünvanlarını yeniləyə biliblər.
“Burger King” dəyişdirilmiş keçidlərdən birinin yer aldığı paylaşımın silindiyini açıqlayıb. “McDonald's” da müvafiq paylaşımı silib. Şirkət və “Bitly” məsələ ilə bağlı hələlik açıqlama verməyiblər.
Hüseyn İbadlı
-
ABŞ00:30Trampın və məşhur şirkətlərin "X" hesablarına hücum edildi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik sürprizlə qarşılaşa bilərsiniz
-
Hadisə15 Noyabr 23:48Tələbənin ölümü ilə bağlı yeni detallar: "Başı ağrıyırmış, hamama gedib..." - VİDEO
-
İdman15 Noyabr 22:48Lukas Afriko Azərbaycana qayıda bilər
-
Ekologiya15 Noyabr 22:15Bakıda və bölgələrdə külək güclənir - Faktiki hava /Yeniləndi
-
Hadisə15 Noyabr 21:36Güclü külək ağacı avtomobilin üzərinə aşırdı - FOTO/VİDEO
-
Magazin115 Noyabr 21:00Qızının uğuru Gülayı ağlatdı - VİDEO
-
Avropa15 Noyabr 20:48Zelenski ABŞ-a tələb irəli sürdü





































