Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın ŞOK TƏFƏRRÜATI: sən demə... - - FOTO/VİDEO (18+)
Bizi izləyin

Kriminal

Bakıda 4 nəfəri hissələrə ayıraraq öldürən dəhşətli qəzanın ŞOK TƏFƏRRÜATI: sən demə... - - FOTO/VİDEO (18+)

Dünən axşam saatlarında Bakı şəhəri Xətai rayon Nobel prospektində 4 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzasının təfərrüatları məlum olub.

Publika.az-ın əldə etdiyi məlumata görə, qəzaya düşən avtomobildə sürücü 25 yaşlı Anar Əzimovla yanaşı, yaxın dostu və 2 avtomobil ustası olub. Belə ki, bir neçə gün əvvəl A.Əzimov yeni model 99 MH 441 dövlət qeydiyyat nişanlı “Hyundai Elantra”nın sürət qutusunda yaranmış problemlə bağlı ustaya müraciət edib. Dünən təmir prosesindən sonra avtomobil sahibi, onun dostu Həsən Məmmədsadıqov və avtomobil ustaları ilə birgə maşının vəziyyətini yoxlamaq üçün yola çıxıblar.

Avtomobil Nobel prospektində hərəkətdə olarkən hələlik dəqiqləşməyən səbəbdən sürücü sürət həddini nizamlaya bilməyib. İlkin ehtimala görə, sürət qutusunda yaranan problem səbəbindən avtomobilin idarəetməsi mümkünsüz olub və dəhşətli qəza baş verib.

Bəzi məlumatlarda avtomobildə qaz balonunun partladığı bildirilsə də, bu iddia təsdiqini tapmayıb. Artıq vəfat edən gənclərin cənazələri ailələrinə verilib və onlardan avtomobil ustası, Bilalov Hafiz Cəlaləddin oğlu doğulduğu Qəbələnin Aydınqılşaq kəndində dəfn edilib.

Qeyd edək ki, dəhşətli qəzada sürücü, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Əzimov Anar Emil oğlu, Qəbələ rayonu Aydınqışlaq kənd sakini, 1991-ci il təvəllüdlü Bilalov Hafiz Cəlaləddin oğlu, Bakı şəhər sakini, 1989-cu il təvəllüdlü Məmmədsadıqov Həsən Hüseyn oğlu və Naxçıvan şəhərində anadan olmuş, Bakı şəhəri, Zabrat qəsəbə sakini, 1989-cu il təvəllüdlü Rüstəmov Nurlan Mətləb oğlu həlak olub.

Hadisə baş verən 99-MH-441 dövlət nömrə nişanlı "Hyundai" markalı avtomobilin sahibi Əsgərova İradə Tofiq qızı olsa da, avtomobil etibarnamə ilə Əzimov Anar Emil oğlunda olubmuş.

Avtomobil ustası Hafiz Bilalovun bəzi fotolarını təqdim edirik:

***

Dünən axşam saatlarında Bakı şəhər Xətai rayonu Nobel prospektində baş vermiş dəhşətli avtomobil qəzasında ölən 4 nəfərdən 3-nün şəxsiyyəti müəyyənləşib.

Publika.az xəbər verir ki, 99 MH 441 dövlət qeydiyyat nişanlı avtomobilin yüksək sürətlə idarəetmədən çıxaraq işıq dirəyinə çırpılması nəticəsində ölənlərin 1993-cü il təvəllüdlü Əzimov Anar Emin oğlu, 1989-cu il təvəllüdlü Bilalov Hafiz Caləddin oğlu və 1988-ci ildə anadan olmuş Rüstəmov Nurlan Mətləb oğlu olması müəyyənləşib. Qəzada vəfat edən 4-cü şəxsin kimliyini dəqiqləşdirmək hələlik mümkün olmayıb.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırmalar davam etdirilir.

***

20 sentyabr 21:11

Bakıda ağır yol qəzası baş verib.

Publika.az "Report"-a istinadən xəbər verir ki, hadisə Xətai rayonu ərazisində, Nobel prospektində qeydə alınıb.

Belə ki, "Hyundai Elantra" markalı minik avtomobili yol kənarındakı elektrik dirəyinə çırpılıb. Nəticədə 4 nəfər hadisə yerində ölüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri meyitləri deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Ölənlərdən üçünün şəxsiyyətini dəqiqləşdirmək mümkün olub". Bunu Bakı şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, hazırda faktla bağlı Xətai rayon Polis idarəsində araşdırma başlanılıb: "Ölənlərdən birinin meyiti tanınmaz halda olduğundan onun şəxsiyyətini dəqiqləşdirmək mümkün olmayıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır".

Nizam Rza

Oxumağa davam et
Reklam
Reklam

Gündəm