Türkiyədə iki azərbaycanlı yaxalandı - FOTO - YENİLƏNDİ
Bizi izləyin

Kriminal

Türkiyədə iki azərbaycanlı yaxalandı - FOTO - YENİLƏNDİ

Türkiyədə siqaret qaçaqmalçılığına görə tutulmuş azərbaycanlılar məhkəmə qarşısına çıxarılıb.

Publika.az "İxlas" xəbər agentliyinə istinadən xəbər verir ki, İğdırdan İstanbula qanunsuz siqaret daşıyan mikroavtobusda tutulan Zaur Seyidovla Sənan Seyidov Samsunda məhkəməyə çıxarılıb. Məhkəmə mikroavtobusu idarə edən Sənan Seyidovun barəsində həbs-qətimkan tədbiri seçib. Zaur Seyidov isə nəzarət altında olmaqla sərbəst buraxılıb.

*****

10:26

Türkiyənin Samsun şəhərində qaçaqmalçılıqla məşğul olan 2 azərbaycanlı yaxalanıb.

Publika.az milliyet.com.tr-yə istinadən xəbər verir ki, polis əməkdaşları şəhər ərazisində şübhəli mikroavtobusu saxlayıb və oradan ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilmiş 23800 qutu siqaret aşkarlanıb.

Bildirilir ki, mikroavtobus İğdırdan İstanbula gedirmiş və polisə daxil olan məlumat əsasında əməliyyat həyata keçirilib. Mikroavtobusda olan Zaur Seyidov və Sənan Seyidov adlı iki Azərbaycan vətəndaşı dərhal həbs edilib.

Qeyd edək ki, saxlanılan mikroavtobusda külli miqdarda siqaretlə yanaşı 400 paket 25 qramlıq tütün də aşkarlanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm