“Məhəbbət əfsanəsi”nin canlı əfsanəsi Arif Məlikovun doğum günüdür - VİDEO
Bizi izləyin

Art

“Məhəbbət əfsanəsi”nin canlı əfsanəsi Arif Məlikovun doğum günüdür - VİDEO

Düz 58 ildir ki, dünya onu tanıyır. Yaşanmış, nəsildən-nəslə ötürülərək əfsanəviləşdirilmiş böyük məhəbbətləri musiqi dili ilə danışan, beləliklə də hələ canlıykən özü əfsanəyə çevrilən azərbaycanlı bəstəkarı tanımamaq olar?

Məhəbbət əfsanələrinin musiqili müəllifi – Arif Məlikovun bu dünyaya gəlişindən 83 il keçir.

Publika.az xəbər verir ki, 83 yaşlı bəstəkarın 58 yaşlı məşhur “Məhəbbət əfsanəsi” baleti dünyanın əksər ölkələrində uğurla səhnələşdirilib, Azərbaycan musiqisini yüksəkliklərə qaldırıb. Simfoniyaları neçə-neçə ölkənin opera səhnələrini lərzəyə gətirib.

Xatırladaq ki, o, öz yaradıcılığı ilə müasir Azərbaycan musiqi mədəniyyətində parlaq səhifələr açıb. Ü.Hacıbəylinin əsasını qoyduğu ənənələri davam və inkişaf etdirən, Q.Qarayevin yaradıcı prinsiplərindən, D.Şostakoviçin və dünya musiqisinin qabaqcıl nümayəndələrinin ən yaxşı keyfiyyətlərindən bəhrələnən A.Məlikov fərdi yaradıcılq üslubunu yaradıb. Təsadüfü deyil ki, o, bu gün də dünya miqyasında müasir Azərbaycan musiqisini ləyaqətlə təmsil edənlərdən biridir.

Onu da qeyd edək ki, A.Məlikovun istedadı sadəcə musiqi ilə də məhdudlaşmayıb. Belə ki, uşaqlıqda musiqi ilə yanaşı, rəssamlığa da meyl göstərib. Hətta bir ara rəsm texnikumuna da daxil olmaq istəyib. Lakin musiqiyə olan sevgisi daha üstün olub.

Bəs, həmin məşhur, dillər əzbəri olan “Məhəbbət əfsanəsi”nin necə yarandığını bilirsinizmi?

Bilmirsinizsə, deyim. 1959-cu ildə Qara Qarayevin məsləhətilə Leninqrad Opera və Balet Teatrı A.Məlikova N.Hikmətin “Məhəbbət əfsanəsi” pyesinə balet yazmağı təklif edir. Beləcə, 26 yaşlı gənc bəstəkar N.Hikmətin pyesi əsasında baletmeyster Y.Qriqoroviç, rəssam Virsaladze və dirijor Niyazidən ibarət yaradıcı heyətlə birgə özünün şah əsərini yaradır.

Balet dünyanın 26 ölkəsində müvəffəqiyyətlə tamaşaya qoyulub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm