Mənə zülm elədi… - VİDEO
Bizi izləyin

Art

Mənə zülm elədi… - VİDEO

Mən ki, doymamışdım heç vüsalından,

Mənə zülm elədi yaman ayrılıq.

Nə olardı, bir gün durub yuxudan.

Görəydim ki, olub yalan ayrılıq!

Publika.az xəbər verir ki, Azərbaycan musiqi xəzinəsinə bənzərsiz melodiyalar bəxş edən bəstəkarın bu gün xatirə günüdür. Onun yoxluğu ilə bizi 15 illik zaman kəsiyi ayırır. Amma Emin Sabitoğlu musiqilərində yaşayan bəstəkardır. Onun ürəyi bu gün də musiqilərində döyünür.

“Dərələr”, “Bakı, sabahın xeyir”, “Uzaq, yaşıl ada”, “Dağlar”, “İnsaf da yaxşı şeydir”…

Məşhur bəstəkar 600-dən çox mahnının müəllifidir.

Bu misilsiz sənət incilərini dinləyəndə ürəyimizdən yalnız bir söz keçir: “Nə yaxşı ki, dinləməyə belə gözəl, həzin, lirik musiqilərimiz var”.

Azərbaycan kinosunun bir çox misilsiz inciləri var ki, o filmləri də Emin Sabitoğlunun musiqiləri bəzəyib - “Gün keçdi”, “Dədə Qorqud”, “Ad günü”, “Bizim Cəbiş müəllim”, “İstintaq”, “Park”, “Həm ziyarət, həm ticarət”, “Qanlı zəmi”… Bu gözəl musiqilər həmin filmlərin təsir gücünü birə-beş artırıb.

Qeyd edək ki, Emin Sabitoğlu 2000-ci il noyabrın 18-də dünyasını dəyişib.

Həzin, ürəkləri titrədən melodiyaları ilə hər dəfə yenidən doğulan məşhur bəstəkar indi də bizimlədir. Gəlin, bir neçə dəqiqəlik susaq, sözü Emin Sabitoğlunun özünə verək.

Eşidirsiniz?

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm