"O hər kəslə dil tapmağı bacarırdı"
Bizi izləyin

Art

"O hər kəslə dil tapmağı bacarırdı"

Akademik Milli Dram Teatrında Azərbaycanın görkəmli teatr və kino aktyoru, xalq artisti Səyavuş Aslanın 80 illik yubileyi keçirilib.

Publika.az xəbər verir ki, tədbir Səyavuş Aslanın sənət yolundan bəhs edən videoçarxın nümayişi ilə başlayıb.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Səyavuş Aslanla bağlı xatirələrini bölüşüb:


“Səyavuş Aslan hər kəslə dil tapmağı bacaran adam idi. Hər kəsə xeyirxahlıq edirdi. Səyavuş Aslan Azərbaycan teatrının sonuncu nəhəng sənətkarlarından idi. Unikal şəxsiyyət, unikal sənətkar idi. O, əsil sənətkar kimi heç vaxt unudulmayacaq. Nə qədər ki, teatrımız yaşayır, Səyavuş Aslan da yaşayacaq”.

Sənət dostları da sənətkarı xatirələrlə yad edib.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm