"Qadın kişiyə onu sevdiyini deməməlidir..." - FOTOLAR
Bizi izləyin

Art

"Qadın kişiyə onu sevdiyini deməməlidir..." - FOTOLAR

Onu çoxları Erix Mariya Remark kimi tanıyır. Amma məşhur yazıçının əsl adının Erix Paul Remark olduğundan çox adam xəbərsizdir.

1918-ci ildə yazıçının anası Mariya vəfat etdikdə Remarkın cəmi 10 yaşı olub və bu hadisə onun yaddaşında dərin iz buraxıb. Yazıçılığa başlayanda anasının xatirəsini əbədiləşdirmək məqsədilə Erix Mariya Remark kimi tanınmasını istəyib.

Böyük ürəyə malik yazıçı sevgi və qadınlar haqqında o qədər dərin və səmimi sözlər yazıb ki, onun əsərlərindən ayrılmaq mümkün deyil.

Publika.az bu yazıda yazıçının ən dəyərli aforizmlərini seçib:

Yad bir insan üç gün ərzində sənə doğma ola bilər. Halbuki, illərdir yaşadığın adam sənin hansı rəngi sevdiyindən xəbərsiz olur.

Özünə aid olanı tapandan sonra başqasına baxmaq belə istəmirsən.

Yer üzündə ən zərif şey qadın məhəbbətidir. Yanlış bir addım, söz və ya baxış... Və artıq heç nəyi bərpa etmək mümkün olmayacaq.

Ən güclü hiss - ümidsizlikdir. Nə inciklik, nə nifrət, nə də qısqanclıq... Onlardan sonra qəlbdə nəsə qalır, fəqət ümidsizlikdən sonra ortada böyük bir boşluqdan savayı heç nə olmur...

Özünə heç kimi yaxına buraxma. Buraxdınsa, onu saxlamaq istəyəcəksən.

Üzr istəmək sənin haqsız, digərinin haqlı olması mənasını vermir. Bu, o deməkdir ki, sizin üçün aranızdakı münasibət öz eqonuzdan daha dəyərlidir!

Əgər qəlbinizdə kiməsə qarşı qığılcım yaranıbsa, müqavimət göstərməyin. Çünki təkcə o bizə nə lazım olduğunu dəqiq bilir.

Dost qalmaq? Soyumuş lavanın arasında sönük hisslərlə balaca bağ salmaq? Yox, bu, bizlik deyil. Bu, kiçik münaqişələrdən sonra olur, o da çox süni alınır. Sevgini dostluqla ləkələməzlər. Bitibsə, bitib. Son qaçılmazdır.

Dünyada heç kim sənə keçmiş sevgilidən yad ola bilməz.

Biz bir-birimizi heç vaxt unutmasaq da, bir-birimizi heş zaman qaytarmayacağıq.

Məhəbbət izahları sevmir. Onu əməllərinlə sübut etməlisən.

Oğlan, bir şeyi yadında saxla: əgər sən sevdiyin qadın uğrunda nəsə etsən, heç bir zaman onun gözündə gülməli görünməyəcəksən.

Mənə elə gəlirdi ki, qadın kişiyə onu sevdiyini deməməlidir. Qoy, bunu onun parlaq və xoşbəxt gözləri söyləsin. Onlar bütün gözəl kəlmələrdən üstündür.

Biz sırtıq və yaltaq olmaqdan qorxuruq, nəticədə, biganə oluruq.

Ən güclü nifrət sənin qəlbinə toxunub, daha sonra ruhunu incidərkən yaranır.

Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və qadını sevib, eyni zamanda, kasıb olmağın necə dəhşətli hiss olduğunu düşünürdüm.

Demək istədiyin bu qədər şey olduğu halda söz tapa bilməmək necə də çətindir.

Sənə dəyər verməyən insanın sevgisini nə qədər çox qazanmağa çalışsan, onun laqeydliyi səni bir o qədər incidəcək.

Kimisə unutmağa çalışmaq onu həmişə xatırlamaq deməkdir.

Heç kimə lazım olmadıqlarını düşünən insanlar çox vaxt ən lazımlı insanlar olurlar.

Səhər yuxudan durarkən və gecə yatmazdan əvvəl haqqında düşündüyün insan ya xoşbəxtliyinin, ya da ağrılarının səbəbkarıdır.

Bu məhəbbət lap möcüzədir! Təkcə gündəlik həyatın tutqun simasını rəngarəng göy qurşağı kimi deyil, həm də dünyanın ən iyrənc şeylərini gözəllik donunda göstərir. Həm möcüzədir, həm də taleyin ən acı kinayəsi!

Aytən

Oxumağa davam et
Reklam
Reklam

Gündəm