Art
Rəşid Behbudovun gizli məktubu üzə çıxdı
İsrailin “Birinci Radio”sunda yayımlanan “Musiqili çayxana” verilişi SSRİ xalq artisti Rəşid Behbudov haqqında bir saatlıq veriliş hazırlayıb.
Publika.az xəbər verir ki, veriliş əfsanəvi müğənninin 100 illik yubileyinə həsr olunub.
Verilişdə iştirak edən Rəşid Behbudovun qızı Rəşidə Behbudova atası
ilə bağlı xatirələrini bölüşüb.
O bildirib ki, atası Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin dəstəyini və səmimi münasibətini həmişə hiss edib:
“Bu gün isə Azərbaycan Prezidenti İlham Əliyev Rəşid Behbudovun 100 illiyinin keçirilməsi və Azərbaycanın paytaxtında böyük müğənninin heykəlinin ucaldılması haqqında fərman imzalayıb. Atam yəhudi xalqına xüsusi mehribanlıqla yanaşırdı. Bu yaxınlarda aşkar etdiyim məktubunda atam İsrailə getmək arzusundan yazır. Dürüst, açıq və güclü insanların onun xatirəsi üçün gördükləri işlər, xüsusilə, ailəmizə bəslənilən səmimi və ehtiramlı münasibət mənim üçün çox qiymətlidir”.
Həmçinin, “Birinci Radio” dinləyiciləri üçün bir saat ərzində Rəşid Behbudovun repertuarından “Azərbaycan”, “Vətən”, “Lalələr”, “Sənin qara gözlərin”, “Sənə də qalmaz”, “Aylı gecələr”, habelə “Arşın mal alan” filmindən mahnılar səslənib.
Cəvahir
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər
-
Sosial25 Aprel 23:48
Bakıda ayıq sürücü müştərinin "Land Rover”indən oğurluq etdi
-
Səhiyyə25 Aprel 23:12
Onkoloqdan XƏBƏRDARLIQ: bu xəstəliklər xərçəngə çevrilə bilər
-
Magazin125 Aprel 22:48
Müşfiq Musanın məşhur mahnısını oxudu - VİDEO
-
Magazin125 Aprel 22:00
Firuzə İbadova həmin xəbəri TƏKZİB ETDİ: "Onun ruhu şad olsun deyə..."
-
Sosial25 Aprel 21:24
Bakıda qızı açıq-saçıq geyiminə görə mağazadan qovdular - VİDEO
-
İnanc25 Aprel 20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz25 Aprel 19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü