Dostoyevskidən 10 hikmətli kəlam
Bizi izləyin

Art

Dostoyevskidən 10 hikmətli kəlam

Dünya ədəbiyyatının ən böyük yazıçılarından sayılan Dostoyevskinin ən azı bir əsərini oxumusunuzsa, deməli, onun insan psixologiyasına nə qədər bələd olduğundan xəbərdarsınız.

Publika.az yazıçının ən çox bəyənilən hikmətli sözlərini toplayıb.

Bu sözləri qulağınıza sırğa edin. Çünki hər biri həyat, insan taleyi və insan psixologiyası haqqında dərs mahiyyəti daşıyır.

*Heç bir zaman doğru insan çıxmaz qarşına. Ya zaman səhvdir, ya insan.

* Bil ki, insanın dəyərini varlığı deyil, yoxluğu göstərir. Unutma, yoxluğu bir şey dəyişdirməyənin varlığı gərəksizdir.

* Necə də qəribədir! Sevdiyimiz insanın hər yalanında bir doğru, sevmədiyimiz insanın hər doğrusunda bir yalan axtararıq.

* Əslində, insanı ən çox ağrıdan şey xəyal qırıqlığı yox, yaşanması mümkün olduğu halda, yaşaya bilmədiyi xoşbəxtliklərdir.

* Həyatda daim xoşbəxt olsam, nəyin xəyalını quracam?

* Xoşbəxtlik rahatlıqda tapılmaz. O, əzabla əldə edilər. İnsan həyata xoşbəxt olmaq üçün gəlməyib.

* Qadınlar sözləri ilə deyil, gözləriylə danışır. Buna görə də, onları anlamaq üçün dinləmək kifayət etməz, izləmək də mütləqdir...

* Şeytan deyə bir şey həqiqətdə mövcud deyilsə və insan onu uydurubsa, demək, onu özünə baxaraq, özünü nümunə götürərək uydurub.

*İnsanların ən çox qorxduğu şey yeni bir addım atmaq, yeni bir kəlmə söyləməkdir.

* Ya qısqanclıq sevgini, ya da sevgi qısqanclığı öldürür…

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm