Yaponlar Bakıda konsert verdi
Bizi izləyin

Art

Yaponlar Bakıda konsert verdi

Yaponiyanın “Va-liqa” musiqi qrupu Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib.


Publika.az xəbər verir ki, “Gündoğar ölkə ilə Odlar Yurdunun qovuşması” adı altında baş tutan konsert “Va-liqa” musiqi qrupu Yaponiyanın simli aləti (tsuqaru şamisen) və nəfəs aləti (şakuhaçi), həmçinin, milli muğamımıza bənzəyən folklor mahnısı “minyo”nu təqdim edib.


Böyük maraqla qarşılanan gecədə, Azərbaycanın bir sıra muğam ifaçıları ilə yaponiyalı musiqiçilərin repertuarından hər iki ölkənin milli mahnılarının sintezi səsləndirilib.

“Va-liqa” musiqi qrupu indiyə qədər dünyanın müxtəlif ölkələrində 300-dən artıq çıxışlar edib. Qrup müxtəlif janrda olan ənənəvi yapon musiqisi ilə yanaşı, həm də onun xarici ölkələrdə tanıdılması və təbliği ilə məşğuldur.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm