Art
Bakı Film İnstitutunda ssenaristlər hazırlanacaq
Bakı Film İnstitutu (BFİ) aktyor, ssenarist, kinoprodüser və videoqrafer ixtisasları üzrə tələbə qəbuluna başlayıb.
Publika.az xəbər verir ki, bununla əlaqədar olaraq BFİ “Biz sizi başa düşürük” adlı tanıtım kampaniyasına da start verib. Tanıtım çarxları “Bumeranq” kreativ agentliyi tərəfindən istehsal olunub.
BFİ-nin rəhbəri, kinoprodüser Fehruz Şamıyev Publika.az-a açıqlamasında bildirib ki, 2016- cı ildə kino təhsili mərkəzində yeniliklər olacaq:
“Biz Azərbaycanda kino sahəsindəki boşluqları nəzərə alaraq bu kursları yaratmışıq. İndiyək kinoprodüser, kinorejissor, aktyor kurslarının bir neçə buraxılışları olub. İlk dəfə olaraq isə ssenarist və videoqrafer ixtisasları üzrə kurslar təşkil edirik. Hər ixtisas üzrə sənəd qəbulu 2016-cı il yanvar ayının 15-nə kimi davam edəcək. Kursların müddəti üç aydır. Türkiyə, İran, İngiltərədən olan mütəxəssislərlə danışıqlar artıq başa çatıb. Onların BFİ-də ssenarist ixtisası üzrə dərsləri nəzərdə tutulub”.
Yanvar ayında özünün 3 yaşını qeyd edəcək Bakı Film İnstitutunda indiyədək ölkənin peşəkar kino mütəxəssisləri öz biliklərini gənclərlə bölüşüblər. Kurslarda rejissorlar Şamil Əliyev, Adil Azay, Elşən Zeynallı, operator Kənan Məmmədov, kinoprodüserlər Müşfiq Hətəmov, Nəriman Məmmədov, Fehruz Şamıyev, ssenarist İlqar Fəhmi, aktyor Şövqi Hüseynov və başqalarının dərsləri keçirilib. Ötən buraxılışların kurs rəhbərləri isə kinorejissor Şamil Nəcəfzadə, kinoprodüser Əli İsa Cabbarov, aktyor-rejissor Qurban Məsimov olub. Bundan başqa mərkəzdə Avropa Kino Akademiyasının ən yaxşı prodüseri Zeynəb Özbatur Atakanın da üçlük treninqləri keçirilib.
Fehruz Şamıyevin sözlərinə görə, BFİ-nin aktyor kursunun məzunları yerli serial və bədii filmlərdə rol alıb, o cümlədən kinoprodüser ixtisasından məzun olanlardan bəziləri hazırda Hollivudda, London Film Məktəbində təhsil alırlar: “Bundan başqa məzunların əksəriyyəti məhz bu kurslardan sonra kino sahəsində çalışmağa qərar veriblər. BFİ bazasında bir neçə qısametrajlı filmlər, o cümlədən sosial çarxlar hazırlanıb. Həmin audiovisual məhsullar müxtəlif müsabiqələrdə iştirak edərək qalib olublar”.
“Biz sizi başa düşünürük” adlı tanıtım çarxının ilk seriyasını təqdim edirik:
Cəvahir
-
Qarabağ 10:45
Şəxsi maşınla Laçına da getmək mümkün olacaq - RƏSMİ
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!