Stalinin heyran olduğu Azərbaycan gözəli - FOTOLAR
Bizi izləyin

Art

Stalinin heyran olduğu Azərbaycan gözəli - FOTOLAR

Bu gün xalq artisti, tanınmış aktrisa Leyla Bədirbəylinin doğum günüdür.

Publika.az xəbər verir ki, aktrisa 1920-ci ildə Bakıda dünyaya göz açıb. İstedadı və gözəlliyi ilə hər kəsi özünə aşiq edən Leyla Bədirbəyli Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərib. “Arşın mal alan”, “Səbuhi”, “Fətəli xan”, “Dəli Kür”, “Sevil”, “Onun böyük ürəyi”, “Dərviş Parisi partladır” və s. filmlərdə unudulmaz, yadigar obrazlar yaradıb.

SSRİ lideri Stalin də aktrisaya heyran idi. Leyla Bədirbəyli Moskva dekadasında onu necə heyrətləndirmişdisə, “bu ki, əsl Azərbaycan gözəlidir” deyib heyranlığını ifadə etmişdi.

Yaradıcılıq taleyində xoşbəxt olan aktrisa, təəssüf ki, şəxsi həyatında əzab-əziyyətlərə tuş gəlir.

Gözəlliyi dillər əzbəri olan böyük sənətkarımız Leyla Bədirbəylinin həyat yoldaşı Kamil Aslanov xarici ölkələrin birində yol qəzasına uğrayır. Yağışlı havada maşın sürüşür və çevrilir. Ərini ürəkdən sevən Leyla Bədirbəyli üçün bu itkiyə dözmək çətin olur. Ancaq bu, bəs etmirmiş kimi, dərdinin üstünə bir dərd də əlavə olunur. Heç bir il keçməmiş, böyük qızı Laləni Kukla Teatrının qarşısında maşın vurur. Bu iki faciədən sonra aktrisanın həyat eşqi sönür.

Leyla Bədirbəyli 1999-cu ildə dünyasını dəyişir.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm