“Mən gəldim, qızlar”- FOTOLAR
Bizi izləyin

Art

“Mən gəldim, qızlar”- FOTOLAR

Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi Türkiyənin Konya şəhərində keçiriləcək 9-cu “Min nəfəs, bir səs” Beynəlxalq Teatr Festivalına dəvət alıb.

Publika.az xəbər verir ki, aprelin 20-dən 30-dək davam edəcək festival Konya Dövlət Teatrının təşkilatçılığı ilə həyata keçirilir. Hər il festivala Türkiyədən və dünyanın müxtəlif ölkələrindən türk dilli teatr kollektivləri qatılırlar.

Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi iştirak üçün festivalın münsiflər heyətinə repertuarında olan iki tamaşa - Ə.Haqverdiyev “Xortdanın cəhənnəm məktubları” və L.Nuren “Mən gəldim qızlar” haqqında məlumat göndərib. Münsiflər heyəti tərəfindən qəbul olunacaq tamaşa festivalda nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, festivalın keçirilməsinin əsas məqsədi müasir türk teatrına yeni səhnə əsərləri, eləcə də gənc və fərqli baxışa malik insanlar qazandırmaqdır.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm