Zəlimxan Yaqub İranda yad ediləcək
Bizi izləyin

Art

Zəlimxan Yaqub İranda yad ediləcək

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun anım tədbiri keçiriləcək.

“İran Aşıqlar Birliyi”nin təşkilatçılığı ilə 14 fevral tarixində Tehranın "Əndiyşə" Mədəniyyət sarayında keçiriləcək tədbirdə İranın 11 şəhərindən 130-a yaxın ustad aşıqların iştirakı planlaşdırılıb.

Publika.az xəbər verir ki, tədbirdə açılış nitqi ilə İran İslam Respublikasının mədəniyyət və islami irşad nazirinin müavini Əli Muradxani, Azərbaycanın İran İslam Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundovun, bir sıra dövlət və ictimai xadimlərin çıxışı nəzərdə tutulub.

Eyni zamanda, tədbirdə “Azərbaycan Aşıqlar Birliyi” tərəfindən əməkdar mədəniyyət işçisi Rəhman Ələsgərovun rəhbərlik etdiyi “Rasim” folklor qrupunun və əməkdar mədəniyyət işçisi Sərdar Məmmədovun iştirakı nəzərdə tutulub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm