İtaliyalı aktyor: “Yaraşıqlı olmaq işimi çətinləşdirdi” - FOTOLAR
Bizi izləyin

Art

İtaliyalı aktyor: “Yaraşıqlı olmaq işimi çətinləşdirdi” - FOTOLAR

Raul Bova italyan kinosunun ən yaraşıqlı və xarizmatik aktyorlarından biridir. Hətta onu “yarı Tanrı" adlandıranlar belə var.

Gənclik dövründə üzgüçülüklə məşğul olan, daha sonra fizika üzrə təhsil alan Raul başqa sahələrdə karyera qurmağı arzulasa da, fotomodel kimi fəaliyyətə başlayıb, sonradan kino sahəsinə qatılaraq, gözlənilməz uğurlar qazanıb.

Ancaq Raulun tək üstün cəhəti yaraşıqlı olması deyil, o, gözəl ürəyə sahibdir. Bu günə kimi bir çox xeyriyyə təşkilatı ilə əməkdaşlıq edən Raul Bova bir insanın həm gözəl, həm də ağıllı və xoşxasiyyət ola biləcəyini sübut edən nadir ulduzlardandır.

Publika.az yaraşıqlı aktyorun maraqlı etiraflarının yer aldığı müsahibəni təqdim edir:

- Xatırlayıram, ilk filminizdə bir çoxları sizi yunan Tanrısı Heliosa bənzətmişdi. Dənizdən çıxarkən Tanrını xatırladırdınız. Karyeranızda o gündən bu günə nə dəyişib?

- O filmdən sonra onlarla filmə çəkilmişəm. Bir az da yaşlanmışam. Çox işləmişəm, amma üzməyin daşını atmamışam. Mənim ilk və ən böyük xəyalım üzgüçülük olub.

- Bəs niyə xəyalınızın arxasınca getməmisiniz?

- 19 yaşım olanda üzgüçülükdə bir sıra uğurlar qazanmışdım. Hətta bir dəfə çempion da olmuşdum. Çoxlu medallarım vardı. Ancaq Avropa Çempionatında uduzdum və o gündən sonra bir daha üzgüçülük üzrə yarışlarda iştirak etmədim.

- Başqa xəyallarınız yox idi?

- Ailəm varlı deyildi və cibimdə demək olar ki, pul yox idi. Ətrafdakılar modelliklə məşğul olmağımı təklif edirdi. Həyata davam etmək üçün pul qazanmalı idim. Ona görə də, modelliyə başladım. Onsuz da başqa hansı işdə uğur qazanacağımı fikirləşə bilməyəcək qədər yaralı idim. Əməkdaşlıq etdiyim agentlik serialda rol almağım üçün məni kastinqə göndərdi. Bir gecədə ulduzum parladı.

- Belə bir fikir var ki, gözəl və ya yaraşıqlı insanlar kifayət qədər ağıllı və bacarıqlı olmur. Heç gözəlliyin sizə verilən cəza olduğunu düşünmüsünüz?

- Müəyyən yaşa kimi bu barədə heç nə fikirləşməmişəm. Modelliklə məşğul olmağa başladığım müddətdə bu həqiqətlə qarşılaşdım. İnsanlar yaraşıqlı hesab etdiklərini yaxından tanımadan mühakimə etməyə meylli olur. Aktyor kimi fəaliyyət göstərməyə başlayanda isə daha çox təzyiq hiss etdim.

- Amma bu cəsarətinizi sındıra bilmədi…

- Yaraşıqlı olmaq işimi çətinləşdirib. Belə vəziyyətdə içinin boş olmadığını, daxilinin də zəngin olduğunu sübut etmək üçün başqalarından iki dəfə daha çox işləməli və əsla yanlış addım atmamalısan. Buna baxmayaraq, yaraşıqlılığı cəza kimi görmürəm.

- “La finestra di fronte” (“Üzbəüzdəki pəncərə”) filmindəki rolunuz çox bəyənilmişdi…

- Çünki Fərzan Özpətək filmi idi. Onunla işləməyi çox istəyirdim. Əslində, mənə təklif edilən rolla bağlı tərəddüdlərim vardı. Ancaq rejissorun məhz Fərzan Özpətək olması məni o filmdə rol almağa razı saldı. Bu filmdən öncə seriallara üstünlük verirdim. “La finestra di fronte”dən sonra isə işlərim avand getdi, bir çox mükafat aldım.

- Hər bir italyan xanımının xəyallarını bəzəyirsiniz. Bu günə kimi 3 dəfə evlənmisiniz. Şəxsi münasibətlərdə nə kimi xəyal qırıqlığına uğramısınız?

- Baş verənlərin üzərindən bir müddət keçdikdən sonra hər şeyi unuduram. Sadəcə, xəyal qırıqlığı qalır. Ancaq yaşadığımız hər şey doğru və yanlış addımlarımızın nəticəsidir...

Ləman Sultan

Oxumağa davam et
Reklam
Reklam

Gündəm