Art
ASAN könüllüləri “Məhəbbətin qənimi”ni təqdim etdilər - FOTO
Gəncə “ASAN Xidmət” Mərkəzinin könüllüləri “Məhəbbətin qənimi” tamaşasını təqdim ediblər.
Publika.az Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, Gəncə “ASAN Xidmət” Mərkəzinin könüllüləri Gəncə Dövlət Dram Teatrının səhnəsində Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynovanın “Məhəbbətin qənimi” əsəri əsasında hazırlanan tamaşanı təqdim ediblər. Tədbirdə Gəncə şəhər İcra Hakimiyyəti, Gəncə “ASAN Xidmət” Mərkəzinin nümayəndələri və şəhər ictimaiyyəti iştirak edib.
Əvvəlcə tədbirdə mərkəzin könüllülərinə gələcək fəaliyyətlərində uğurlar dilənib. Sonra tamaşaya start verilib. Gəncə “ASAN Xidmət” Mərkəzi və Mədəniyyət və Turizm Nazirliyinin birgə təşkilatçılığı ilə Faiq Qasımovun quruluş verdiyi tamaşada 10 könüllü rol alıb. Səhnə əsərində rolları Akşin Həsənli, Könül Kazımova, Aynur Şıxlı, Turanə Nəsibova, Firdovsi Ələkbərov, Afaq Hacızadə, Mehman Tağızadə və başqaları canlandırıblar. Xronometrajı 1 saat 20 dəqiqə olan tamaşada ərlə arvad arasında yaranan ailə münaqişəsinin faciəvi sonluğundan bəhs olunur. Tamaşanın quruluşçu rəssamı Vahab Cəfərov, musiqi tərtibatçısı Elşən Cəfərovdur.
Qeyd edək ki, səhnə əsərinin məşqlərinə üç ay bundan əvvəl başlanılıb.
-
Sosial11:28
Sabah 31 dərəcə isti olacaq
-
Magazin111:01
Aktyor xalq artistinə belə cavab verdi: "Bu, onun başı üçün deyil"
-
Magazin110:31
Faiq Brillianta gözlənilməz sözlər dedi: "Allah bircə balasını..." - VİDEO
-
MDB10:21
FTX 5 ildir izləyirmiş: Generalın həbsinin detalları
-
Dünya09:48
İlber Ortaylıdan üzücü xəbər
-
Nida Xəbər 09:06
Köçəryan sərhədin müəyyənləşməsi haqda: Ola bilsin ki, mübahisəli ərazilərdən...
-
İdman08:24
Polis kluba BASQIN ETDİ: iki futbolçu zorlama ittihamı ilə saxlanıldı
-
Magazin104:44
Xalq artisti canlı yayımda kövrəldi: “Darıxdığım var” - VİDEO