“Arşın mal alan”çının 70 yaşına
Bizi izləyin

Art

“Arşın mal alan”çının 70 yaşına

Rusiya Kinematoqrafçılar İttifaqının Moskvadakı Kino evində dahi Üzeyir Hacıbəylinin ölməz əsəri əsasında çəkilmiş “Arşın mal alan” filminin 70 illiyi münasibətilə təntənəli gecə keçirilib.

Publika.az xəbər verir ki, gecədə Rusiya Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyasının prezidenti Kiril Razloqov Rusiya və Azərbaycan kino ustalarının əməkdaşlığından söhbət açıb, kino sənətimizin incisi sayılan “Arşın mal alan” filminin dünya kinosunda xüsusi yerini vurğulayıb.

Filologiya elmləri doktoru, professor Abuzər Bağırov iştirakçılara Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

Daha sonra “Arşın mal alan” operettasının 1945-ci ildə görkəmli sənətkarlar Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Münəvvər Kələntərli və başqalarının iştirakı ilə çəkilmiş kino versiyası tamaşaçılara təqdim olunub.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm