“O istəsə də, mən…” - Tanınmış yazıçı GİZLİNLƏRİ açıb-tökdü
Bizi izləyin

Art

“O istəsə də, mən…” - Tanınmış yazıçı GİZLİNLƏRİ açıb-tökdü

Tanınmış yazıçı Vidadi Babanlı arzularını dilə gətirib.

Publika.az-a açıqlama verən yazar yeni işıq üzü görmüş “Zəmanə adamı” adlı romanının ekranlaşdırılmasını istəyir.

“Bilirsiniz ki, mənim əsərim əsasında Şamil Mahmudbəylinin rejissorluğu ilə “Həyat bizi sınayır” adlı bədii film çəkilib. Həmin film tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı. Ondan sonra “Vicdan susanda” adlı əsərim əsasında film çəkmək istədilər. Tanınmış rejissor Tofiq Tağızadə filmin çəkiləcəyinə artıq qərar da vermişdi. Amma bunun üçün əsərin qısaldılmasını məsləhət gördü. Mənsə razılaşmadım. Dedim ki, film ikiseriyalı olsun. Bu da maddi imkansızlıq üzündən baş tutmadı. Çox istərdim ki, yeni əsərim əsasında film çəkilsin. Çünki yazdıqlarım həyati hadisələr üzərində qurulub və bu günlə səsləşir”, -yazıçı deyib.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm